Kriminal

Bakıda heroin qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb – FOTO/VİDEO

Suraxanı rayonunda heroin qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib. Yeni Günəşli qəsəbəsində Qadir Dadaşov idarə etdiyi KIA markalı […]

Siyasət

Prezident İlham Əliyev İtaliyada “Mənim Azərbaycanım” adlı rəsm sərgisi ilə tanış olub – FOTO

Prezident İlham Əliyev Romada Azərbaycanın İtaliya Respublikasındakı səfirliyinin yeni binasında Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı münasibətilə təşkil edilən “Mənim Azərbaycanım” adlı rəsm sərgisi ilə tanış olub. Sərgidə realizmdən tutmuş modernizm və postmodernizmədək Azərbaycanın təsviri sənətinin nadir nümunələri nümayiş etdirilir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı birinci xanım Mehriban […]

Cəmiyyət

Ali məktəblərə qəbul ola bilməyənlərə şad xəbər – VİDEO

“200 baldan çox nəticə toplayanlar boş yerləri seçsələr, onlar qəbul olunacaqlar. Çünki yerlərin sayı bu nəticəni göstərənlərdən daha çoxdur”. Bu barədə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mediaya açıqlamasında deyib. O qeyd edib ki, müxtəlif qruplar üzrə 2400 boş yer qalıb. M.Abbaszadə əlavə edib ki, 150-200 bal arası nəticə göstərən abituriyentlərin sayı daha çoxdur. Lakin […]

Cəmiyyət

İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Aqro-Vest DC” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 10620 kq müxtəlif növ qida məhsullarını “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün […]

Cəmiyyət

Məleykə Abbaszadə boş qalan yerlərdən danışdı – VİDEO

“İkinci yerləşdirmə zamanı subbakalavrların şansları yenə də var. Onlar müvafiq ixtisasları seçib, müsabiqədə iştirak edə bilərlər”. Bu barədə jurnalistlərə açıqlamasında DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. “Bu il təxminən 4900 subbakalavr ali məktəbə qəbul olunub. Bu nəticə keçən illə müqayisədə azdır”, – deyə o bildirib. Ətraflı Baku TV-nin süjetini təqdim edirik: Xeberal.az

Dünya

ABŞ Kiyevi əks-hücum əməliyyatlarını məhdudlaşdırmağa çağırdı: “Gücünüzə qənaət edin”

ABŞ Kiyevi əks-hücum əməliyyatlarını məhdudlaşdırmağa çağırıb. Ukraynanın hazırkı əks-hücumunun qurulması zamanı ABŞ həm hədəflər, həm də coğrafi şərtlər baxımından vəziyyətin nəzərə alınmasını tövsiyə edib. Bu, əks-hücumun daraldılması və bir neçə cəbhədə ilişib qalmamaq məqsədi daşıyır. Bu barədə CNN ABŞ və Qərb rəsmilərinə, eyni zamanda Ukrayna mənbələrinə istinadən məlumat verib. CNN mənbələrinin bildirdiyinə görə, bu variantlar Kiyevlə […]

Müharibə

ANAMA azad olunmuş ərazilərdə ötən ay aşkarlanan minaların sayını açıqlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocalı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2 353, tank əleyhinə 689 mina (cəmi 3 042) və 1 131 partlamamış hərbi […]

Cəmiyyət

Azərbaycanda daha 561 nəfər COVID-19-a yoluxub – FOTO

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 561 yeni yoluxma faktı qeydə alınıb, 595 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 813 998 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 800 722 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 471 nəfərdir. […]

Cəmiyyət

Təhsil tələbə krediti almaq üçün bal həddi aşağı salınıb

1-ci kurs tələbələrin ilk semestrdə standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən ümumi balın aşağı həddi 250 olaraq müəyyən edilib. Bununla bağlı qərar Təhsil Tələbə Krediti Fondunun Himayəçilər Şurasının iclasında qəbul edilib. Bu günə qədər isə aşağı hədd 300 bal olub. Qeyd edək ki, qəbul balı yalnız 1-ci kursun birinci semestri üçün keçərlidir. Növbəti […]

İdman

“Qarabağ” və “Qəbələ” azarkeş təhqirlərinə görə cərimələniblər

AFFA İntizam Komitəsi “Qarabağ” və “Qəbələ” klublarını 4 000 manat məbləğində cərimələyib. “Report”un məlumatına görə, buna hər iki komandanın azarkeşlərinin Premyer Liqanın IV tur oyununda kütləvi şəkildə təhqiramiz ifadələrə yol verməsi səbəb olub. “Köhlən atlar”ın fanatları “Şamaxı”nı 4:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada, “qırmızı-qaralar”ın tərəfdarları isə “Sabah”a 0:2 hesabı ilə yenildikləri görüşdə təhqiramiz ifadələr işlədiblər. […]