İqtisadiyyat

Füzuli-Hadrut avtomobil yolunun tikintisi son mərhələdə icra olunur – FOTO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və son mərhələ üzrə davam etdirilir. “Report” xəbər verir ki, avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli olacaq bu yol başlanğıcını Zəfər yolundan götürür və […]

Dünya

Amerikalı pilot sərnişinləri hədələdi: “Çılpaq şəkillər göndərməyi dayandırın” – VİDEO

Amerikanın “Southwest Airlines” aviaşirkətinin pilotu sərnişinləri hədələyib. O, sərnişinlərdən “AirDrop” vasitəsilə bir-birilərinə çılpaq şəkillər göndərməyi dayandırmalarını istəyib. Əks təqdirdə təyyarəni geri döndərəcəyini bildirib. “Təhlükəsizlik xidmətini işə salacağıq, tətiliniz pozulacaq”, – deyə o əlavə edib. Bu görüntülərin əks olunduğu video “TikTok” sosial şəbəkəsində gündəm olub. Videogörüntülər iki milyondan çox baxış toplayıb. Sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, pilot […]

Dünya

Qazaxıstan taxıl və unun ixracına qoyulan məhdudiyyətləri aradan qaldırır

Qazaxıstan taxıl və unun ixracına qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu barədə Qazaxıstan baş nazirinin saytında yerləşdirilən məlumatda deyilir. Müvafiq qərarı Qazaxıstan Xarici Ticarət Siyasəti və Beynəlxalq İqtisadi Təşkilatlarda İştirak üzrə İdarələrarası Komissiyası qəbul edib. Məhdudiyyətlər yaxşı taxıl məhsulu gözləntiləri ilə əlaqədar götürülür. “Bu il 13 milyon tondan çox buğdanın yığılması planlaşdırılır ki, bu da ötənilki […]

Siyasət

“Azərbaycanın Brüssel görüşündən ümidləri özünü doğrultdu” – RƏY + FOTO

“Azərbaycanın Brüssel görüşündən ümidləri özünü doğrultdu”. Bunu “Report”a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Avropa İttifaqı məsələlərə daha obyektiv yanaşan, tərəflər arasındakı sülhyaratma prosesinin uğurla həyata keçirilməsini səmimi istəyən bir qurumdur: “Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də Şuşada keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı “Azərbaycan […]

Cəmiyyət

İçində palçıqlı paltarlar olan “Mercedes”i sərhəddə saxlayıb, gizləndi: Sərhəddə əməliyyat – FOTO

Avqust ayının 29-da saat 22:00-da Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, sərhəd zastavası […]

İqtisadiyyat

Türk lirəsi dollar qarşısında rekord həddə ucuzlaşdı

Dolların türk lirəsinə nisbəti 2022-ci ilin ən yüksək səviyyəsinə çatıb. Bir dollar bu gün 18,20 lirə səviyyəsinə qalxıb. Bununla da, dollar türk lirəsi qarşısında 2022-ci ilin rekordunu qırıb. Saat 12:25-ə olan məlumata görə, 1 dollar 18,16 lirədən dəyişdirilib. Eyni zamanda bir avro 18,28 lirə, bir sterlinq isə 21,15 lirə təşkil edib. Mənbə: Sondakika Xeberal.az

Siyasət

Britaniyanın Azərbaycandakı yeni səfiri Şəhidlər xiyabanını ziyarət etdi – FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə o, “Twitter” hesabında yazıb: “Bu gün mən Şəhidlər xiyabanına Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Sovet qoşunlarına qarşı mübarizə apararaq şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etməyə gəlmişəm”. Bugün mən Şəhidlər Xiyabanına, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Sovet qoşunlarına qarşı vuruşaraq şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad […]

Siyasət

Rusiyalı politoloq: “Azərbaycan və Ermənistan liderlərinin istənilən görüşü irəli atılan addımdır”

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşdə həlli tələb olunan geniş spektrli məsələlər müzakirə olundu. Bu səpkili istənilən görüşü irəli atılan addım kimi qəbul etmək lazımdır”. Bunu “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova deyib. “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş […]

Dünya

Almaniya paytaxtında Şuşa şəhərinin 270 illiyi qeyd edilib – FOTO

Berlində ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş konsert keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniyada fəaliyyət göstərən “Khari-Bülbül” Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan konsert Şuşanın qədim və müasir tarixini, ölkəmizin Qarabağdakı parlaq qələbəsini və Diaspor Gənclərinin III Yay Düşərgəsini əks etdirən videogörüntülərin nümayişi ilə başlayıb. Sonra Bakıdan gəlmiş “Ritm” […]