Dünya

Ukrayna Ordusu Baş Komandanı: “Rusiya qoşunlarının 20%-i məhv edilib”

Rusiya ordusu artıq Ukraynada döyüşlərdə iştirak edən bölmələrinin beşdə birini itirib. Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bildirib. O, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Millli ilə telefon danışığı aparıb. Hərbçilər Ukraynadakı müharibədə Rusiya qoşunlarının itkiləri ilə bağlı hesablamaları dəqiqləşdiriblər. Zalujnı Milliyə və Amerika vətəndaşlarına Ukrayna xalqının, eləcə də ümumi dəyərlərin […]

Cəmiyyət

Göyçayda dördotaqlı ev yanıb kül oldu

Göyçay rayonunda fərdi yaşayış evində yanğın baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 20:30 radələrində Göyçay şəhərinin Zakir Nəcəfov küçəsində qeydə alınıb. Şəhər sakini, 1950-ci il təvəllüdlü Zeynalova Fəridə Heydər qızına məxsus ümumi sahəsi 165 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə […]

Dünya

Ukrayna ərzağı daşıyan gəmi İtaliyaya çatıb

Ukraynadan gələn ərzaq yüklü ilk gəmi İtaliyanın Ravenna şəhərinə çatıb. Gəmi Avropaya qarğıdalı və soya gətirib. Bu barədə İtaliya Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib. “Biz Ukraynadan Ravennaya qarğıdalı və soya yükü daşıyan ilk gəminin gəlişindən çox məmnunuq. İtaliya dünyada və Aralıq dənizində ərzaq təhlükəsizliyinə və Taxıl İxrac Sazişinin həyata keçirilməsinə yönəlmiş bütün mümkün […]

Cəmiyyət

“Qoca avtomobil”i gözləyən aqibət: Utilizasiya prosesi necə gedəcək? – RƏY

Azərbaycanda köhnə avtomobillərin idxalı və istifadəsi məhdudlaşdırılacaq. Bu qərar “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb. Məlumdur ki, avtomobil parkını yeniləməyə çalışsaq da, hələ ki dövriyyədə olanların əksəriyyəti istismar müddətini keçib. İnkişaf etmiş ölkələrdə ekoloji tələblərə uyğun olmayan maşınların istifadəsi məsələsinə ciddi diqqət yetirilir, ətraf mühit üçün problem yaratdıqda, istismardan çıxarılır. 2030-cu ilə […]

Siyasət

Haber Global: “Azərbaycan Prezidentinin Şimali Kipr rəhbəri ilə görüşü Yunanıstanı təşvişə saldı” – VİDEO

Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyevlə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın Konyadakı görüşü Yunanıstanda narahatlığa səbəb olub. Balkan ölkəsi V İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutan hadisədən təşvişə düşüb. Qorxuya səbəb isə danışıqlar zamanı müşahidə olunan səmimi mühit və iki liderin bir-birinə dəstək vədi olub. Daha ətraflı “Haber Global”ın süjetində: Xeberal.az

İdman

“Qarabağ” “Sumqayıt”ın müqavimətini əlavə olunmuş dəqiqələrdə qıra bildi – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib. Oxu.Az xəbər verir ki, günün ilk matçında ölkə çempionu “Qarabağ” “Sumqayıt”ın qonağı olub. “Kapital Bank Arena”dakı qarşılaşma olduqca gərgin mübarizə şəraitində keçib. 90 dəqiqə boyunca rəqibinin müqavimətini qıra bilməyən “köhlən atlar” əlavə olunmuş 4-cü və 8-ci dəqiqələrdə vurduğu iki qolla yekunda qələbə qazana bilib. Ağdamlıların […]

İdman

“Qarabağ”ın “Viktoriya” ilə matçının biletləri satışa çıxarılır

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” (Çexiya) ilə ev oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, sözügedən matçın biletləri sabah – avqustun 14-ü saat 11:00-dan satışa çıxarılacaq. Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir. Satış məntəqələri: Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) […]

İdman

Qabriel Jesus “Lester”ə, “Mançester Siti” “Bornmut”a aman vermədi – VİDEO

İngiltərə Premyer Liqasında II tur davam edir. Oxu.Az xəbər verir ki, günün ilk oyununda “Aston Villa” “Everton”la qarşılaşıb. Bir zamanlar İngiltərə millisində komanda yoldaşı, Premyer Liqada isə “Çelsi” və “Liverpul”un əfsanələri kimi rəqib olan Frenk Lempardla (“Everton”) Stiven Cerard (“Aston Villa”) bu dəfə baş məşqçi kimi rəqib olublar. Görüş “Aston Villa”nın 2:1 hesablı qələbəsi ilə […]

Cəmiyyət

İsmayıllıda evini narkotik plantasiyasına çevirən şəxs TUTULDU – FOTO

İsmayıllı sakininin evindən külli miqdarda narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Valeh Ələkbərov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi doqquz kiloqrama yaxın […]

Cəmiyyət

Qurbağaların səsinə görə yerini dəyişən kənd: Cəlilabadın sərvət dolu gölü niyə baxımsız qalıb? – FOTO/VİDEO

Cəlilabad rayonunun Buravar sıra dağlarının ətəyində Qamışgöl adlı məşhur bir kəndi də var. Bu kənd təkcə gözəl təbiət ilə deyil, həm də orta əsrlərdən  bu günə qədər gəlib çıxmış şəfalı zəli gölü ilə də məhşurdur. Əslində gölün tarixi çox qədimdir. Bəzi tarixi mənbələrdə bu gölün böyük türk sərkərdəsi Əmir Teymur tərəfindən yaradıldığı və hətta onun sahilində […]