Dünya

Norveç kralı xəstəxanaya yerləşdirildi

Norveç kral ailəsi kral V Heraldın yüksək hərarətlə xəstəxanaya yerləşdirildiyini bildirib. Kral ailəsindən verilən açıqlamada 85 yaşlı əlahəzrətin səhhətinin stabil olduğu vurğulanıb. O, Oslo Universitet Xəstəxanasının bir hissəsi olan “Rikshospitalet”ə aparılıb. Qeyd edək ki, V Herald 1991-ci il yanvarın 17-də atası Kral Olavın ölümündən sonra taxta çıxıb. Mənbə: Haber Global Xeberal.az

Dünya

Çin Yerin məsafədən zondlama peykini orbitə çıxardı

Çin ətraf mühitin monitorinqi üçün TECIS Yerin məsafədən zondlama peykini, eləcə də müxtəlif məqsədlər üçün daha iki kiçik peyki uğurla orbitə buraxıb. Bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat verib. “Avqustun 4-də saat 11:08-də “Çançjen-4B” daşıyıcı raketi Tayyuan kosmodromundan buraxılıb. Missiya uğurlu şəkildə tamamlanıb”, – deyə korporasiyanın bəyanatında qeyd edilir. CASC-nin məlumatına […]

Dünya

Rusiyada ameriaklı basketbolçuya 9 illik həbs cəzası verildi – VİDEO

Moskva vilayətinin Ximki məhkəməsi cümə axşamı ABŞ basketbolçusu Britni Qrayneri narkotik qaçaqmalçılığı ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə Qraynerə 1 milyon rubl cərimə də kəsib. Qeyd edək ki, idmançı martın 5-də gömrük nəzarətindən keçərkən saxlanılıb. Xidməti it idmançının əşyaları arasında qadağan olunmuş həşiş yağı aşkar edib. Qreyner məhkəmədə günahını etiraf edib. Lakin […]

Dünya

İranda səyyar satıcılar döyülüb – VİDEO

İranda səyyar satıcılar bələdiyyə məmurları tərəfindən döyülüb. Bu barədə Azad İran Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, avqustun 3-də Sənəndəc şəhər bələdiyyəsinin məmurları səyyar satıcıları döyərək və əllərindəki malları qarət edib onların fəaliyyətinə mane olublar.   Xeberal.az

İdman

Xavi bəzi oyunçuların nömrəsini əlindən alacağı xəbərdarlığını edib

“Barselona”nın baş məşqçisi Xavi bəzi oyunçuları nömrədən məhrum etməyə hazırlaşır. O, hazırda 33 futbolçu ilə işləyir. La Liqa matçlarına isə cəmi 25 oyunçu qeydiyyatdan keçə bilər. Beləliklə, “Barselona” “Çelsi”dən Sezar Aspilikueta və Markos Alonsonu transfer olacağı təqdirdə daha da kəskinləşəcək sıxlıq problemi ilə üzləşib. Qeyd edək ki, may ayında kataloniyalıların baş məşqçisi etibar etmədiyi oyunçuların […]

Dünya

İspan gəmiləri quldurlardan qorunmaq üçün yeni imtiyaz aldı

İspaniya hökuməti ispan gəmiçilik şirkətlərinə özəl mühafizə şirkətlərindən istifadə etməyə icazə verib. Buna səbəb dəniz quldurluğu riski altında olan sularda üzərkən gəmilərin təhlükəsizliyinin təmin edilməsidir. Məlumata görə, Nazirlər Kabineti “Dövlət limanları və ticarət donanması haqqında” qanuna dəyişiklik edib. Qanuna təhlükəsizliklə bağlı yeni əlavə müddəa daxil edib. Gəmiçilik şirkətlərindəki mənbələrin qeyd etdiyi kimi, söhbət mühafizə şirkətlərinin […]

İdman

Avropa Liqasında III təsnifat mərhələsininin ilk oyunları keçirildi

UEFA Avropa Liqasında 2022/2023 mövsümünə start verilib. Tturnir III təsnifat mərhələsininin ilk oyunları ilə başlayıb. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutub. Artıq xəbər verdiyimiz kimi, gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə gerçəkləşib. “Fənərbağça” Çexiyanın “Slovaçko” komandasını darmadağın edib – 3:0. Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan Azərbaycan təmsilçisi “Qarabağ”ın Avropa […]

Dünya

Elbrus dağlarında qayalıqlara yıxılan turist qız xilas edildi – VİDEO

Rusiyada Elbrus dağlarında turist qız dağın yamacındakı yarığa yıxılıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus yüksək dağ dəstəsi turisti xilas etməyə nail olub. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. “Saat 11:50-də Elbrus dağının cənub yamacında (hündürlük 4000 m) iki nəfərdən ibarət qeydiyyatdan keçməyən qrup kömək istəyib. Qrupun tərkibində olan qız 3 metr dərinliyi olan yarığa […]

Dünya

ABŞ-da meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edildi

Birləşmiş Ştatlar cümə axşamı meymunçiçəyini ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan edib. Bu barədə Səhiyyə və Sosial Xidmətləri naziri Xavyer Beserra məlumat verib. Onun sözlərinə görə, indiyədək ABŞ-da 6600 xəstəliyə yoluxma halı qeydə alınıb. Qeyd edilir ki, bu addım virusa qarşı peyvəndin istifadəsini sürətləndirəcək. Mənbə: TASS Xeberal.az