Dünya

Türkiyənin Suriyada antiterror əməliyyatına nə zaman başlayacağı açıqlandı

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyilə Nazirlər Kabinetinin toplantısı keçirilib. İclasdan sonra mətbuata açıqlamalar verən dövlət başçısı bir sıra məqamlara aydınlıq gətirib. Ərdoğan ölkəsinin Suriyada keçirməyi planlaşdırdığı genişmiqyaslı antiterror əməliyyatına da toxunub. O, hazırda bu istiqamətdə hazırlıq işlərinin getdiyini və bu işlərin başa çatmasının ardından əməliyyatın başlayacağını bəyan edib. Mənbə: TRT Xeberal.az

Siyasət

Aydın Kərimov: “Şuşanın infrastrukturunun inkişafı ilə bağlı yeni layihələr həyata keçiriləcək”

“Şuşanın bərpası işləri il yarımdan çoxdur, davam edir. Tarixi obyekt kimi bərpa olunur, yeni infrastruktur qurulur”. “Report”un Polşanın Katovitse şəhərinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib. “Üç məsciddə və bir sıra digər tarixi yerlərdə işlər davam etdirilir. Şuşada həmçinin ilk yaşayış kompleksinin tikintisinə […]

Dünya

Ərdoğan: “Adanada bir miyard dollarlıq neft yatağı kəşf etdik”

“Adanada neft kəşfiyyatı apardığımız iki quyuda yüksək keyfiyyətli neft tapdıq. Buradakı ehtiyatların dəyəri təxminən 1 milyard dollar olaraq hesablanıb”. Bunu Türkiyə preizdenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Nazirlər Kabineti toplantısının ardından jurnalistlərin qarşısına keçən dövlət başçısı NATO sammiti öncəsi önəmli bəyanatlar verib. “Sabah İspaniyada keçiriləcək NATO Sammitinə gedəcəyik, ölkəmizin haqq və maraqlarına uyğun olaraq nə […]

Cəmiyyət

Kür çayında daşqın olacağı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

“Son günlərdə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Xüsusən də, bu proseslər respublikanın şimal və qərb rayonlarında müşahidə olunur”. Bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, bu gün axşam saatlarında Gədəbəy rayonu ərazisində iridənəli dolu müşahidə olunub: “Eyni zamanda həmin proseslər qonşu ölkələrdə də müşahidə olunmaqdadır. Türkiyədə sel, daşqın […]

Cəmiyyət

Bir əməliyatın ifşası – VİDEO

Real TV son zamanlar Azərbaycan cəmiyyətində narahatlıq doğuran radikal dini çağırışlar və onların arxasında duranlarla bağlı süjet hazırlayıb. Süjetdə bütün bunların əvvəlcədən planlaşdırılımış və xüsusi olaraq hazırlanmış bir əməliyyat olduğu bildirilir. Videomaterialda din pərdəsi altında hərəkət edənlərin insanları, xüsusilə də cəmiyyətimizin inanclı kəsimini onların həssas yerlərini öncədən müəyyən edərək, məhz bu istiqamətdən hədəfə aldıqları vurğulanır. […]

İdman

İddiaçılar Turniri: Teymur Rəcəbov ilk qələbəsini qazanıb

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində ilk qələbəsini qazanıb. Bu, IX turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşmaya təsadüf edib. Ağ fiqurlarla oynayan 35 yaşlı qrossmeyster 41-ci gedişdə rəqibi təslim olmağa məcbur edib. Bu qələbə ilə Rəcəbov həm də Nakamuradan ilk dövrədəki məğlubiyyətin əvəzini çıxıb. Qeyd edək ki, Teymur Rəcəbov […]

Siyasət

Nyu-York meri Azərbaycan səfirləri ilə görüşüb – FOTO

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkun meri Erik Adamsla görüşüb. “Report” xəbər verir ki, görüşdə ABŞ və Azərbaycan arasında münasibətlərin son dövrlər yüksək səviyyədə olduğu qeyd edilərək bundan sonra da siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişafına diqqət […]

Cəmiyyət

Ağsuda canavarlar kəndlərə hücum edib, 19 baş inək tələf olub – FOTO

Ağsu rayonunun Girdə, Hinqar və Xanbulaq kəndində sakinlərə məxsus iribuynuzlu mal-qara quduz canavarların hücumuna məruz qalıb. APA xəbər verir ki, canavarlar bir gündə 12 baş iribuynuzlu heyvanı məhv edib. Xəsarət alan heyvanlar quduzluq xəstəliyinə yoluxub. Ümumilikdə kənd sakinlərinə 10 min manata yaxın maddi ziyan dəyib. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin və […]

Dünya

Rusiya İstanbulda terror aktını maliyyələşdirən şəxsi həbs edib – VİDEO

İŞİD terror təşkilatına pul köçürən, o cümlədən İstanbuldakı gecə klubunda qırxa yaxın insanın ölümü ilə nəticələnən terror aktını maliyyələşdirən Rusiya vətəndaşı həbs edilib. Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Rusiya İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsi tərəfindən terrorçuluq fəaliyyətinin təbliği maddəsi ilə açılmış cinayət işi çərçivəsində İŞİD üzvü […]

Cəmiyyət

Gürcüstandan Rusiyaya gedən avtomobillər Azərbaycana yönəldilir

Gürcüstanda Rusiyaya yollanan nəqliyyat vasitələrinin sahibləri Azərbaycanla sərhəddəki “Qırmızı körpü” və “Laqodexi” gömrük məntəqələri vasitəsilə sərhədkeçmə prosedurlarını həyata keçirə bilərlər. “Report” xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib. Qurum qeyd edib ki, Dəryal dərəsindəki mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hava şəraitinin yaxşılaşması […]