Dünya

Şvartsenegger varidatının yarısını keçmiş həyat yoldaşı ilə bölmək məcburiyyətində qaldı

Jurnalist Mariya Şrayver Arnold Şvartseneggerdən boşandıqdan sonra keçmiş ərinin sərvətinin yarısına sahib çıxıb. Qadın 1986-cı il nikah günündən 2011-ci ildə boşanma prosesi başlayana qədər aktyorun bütün varidatının aralarında bərabər bölünməsinə nail olub. Bu məbləğə Şvartseneggerin  pensiyası da daxildir. Qeyd edək ki, eks cütlüyün bu evlilikdən dörd övladı dünyaya gəlib. Mənbə: Gazeta Xeberal.az

Dünya

İstanbulda iki ailənin iştirakı ilə kütləvi dava – VİDEO

İstanbulun Sultanqazi rayonunda iki ailə arasında kütləvi dava baş verib. İnsident yerli vaxtla gecə saat 01:00 radələrində qeydə alınıb. Ətrafda yaşayan sakinlərin dərhal hadisə barədə polisə məlumat verib. Polislər kütləni sakitləşdirəndən sonra bir neçə nəfər yaxınlıqdakı idarəyə aparılıb. Kütləvi davanın hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib. Mənbə: DHA Xeberal.az

Dünya

ABŞ Rusiyanın Ukraynadakı müharibəsini soyqırımı kimi tanımağa hazırlaşır

ABŞ Konqresi Rusiyanın Ukraynadakı müharibəsini soyqırım kimi tanıyan ikitərəfli qətnamə layihəsi hazırlayıb. Qətnamədə rusiyalı əsgərlərin Ukrayna ərazisində törətdiyi vəhşilikləri dair məlumatlar yer alır.   Qətnamədə dinc əhaliyə hücumlar, doğum evlərinə və tibb müəssisələrinə birbaşa zərbələr, həmçinin ukrayna əhalisinin məcburi deportasiyasına dair sübutlar öz əksini tapıb. Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynadakı müharibəsini soyqırımı aktı kimi […]

MARAQLI

Toyuqlara dərman əvəzinə çətənə bitkisi verilib: Eksperiment özünü doğruldub

Taylandda tibbi marixuana yetişdirilən fermada quş yeminin tərkibini dəyişdirməklə təcrübə aparılır.  Tədqiqatçılar toyuqlara antibiotik və digər dərmanlar verilməsini dayandırdırıb, əvəzində heyvanlara çətənə bitkisi verilir.  Çianqmay Universitetinin mütəxəssisləri eksperimentin ümidverici nəticələr verdiyini bildirib. Tədqiqatın rəhbəri Çompunut Lumsanqkul hesab edir ki, antibiotikləri çətənə ilə əvəz etməklə toyuqları zərərli dərmanlardan istifadə etmədən sağlam böyütməyə kömək edəcək. Mənbə: Insider Xeberal.az

Dünya

Mixail Podolyak: “Ukrayna bütün pisliklərin cəzasını mütləq verəcək”

“Ukrayna hər şeyə hazırdır və edilən bütün pisliklərin cəzasını mütləq verəcək”. Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Rusiya kütləvi gecə atəşindən istifadə etməklə ukraynalıları qorxutmaq və panika yaratmaq istəyib. O, bu barədə “Twitter” hesabında bildirib. “48 qanadlı Rusiya raketi. Gecə ərzində. Bütün Ukraynada. Yalnız mülki hədəflərə… Rusiya hələ də Ukraynanı qorxutmağa, […]

Dünya

Azərbaycan-Rusiya sərhədində keçid məntəqəsinin buraxılış gücü üç dəfə artırılacaq

Azərbaycan-Rusiya sərhədində yerləşən Dağıstanın Yaraq-Qazmalar keçid məntəqəsinin buraxılış qabiliyyəti üç dəfə artırılacaq. Bu barədə Şimali Qafqaz Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Yaraq-Qazmalar məntəqəsinin yenidən qurulması 2022-ci ilin sonuna kimi onun keçid qabiliyyətini demək olar ki, üç dəfə artırmağa imkan verəcək. Keçid məntəqəsinin yenidən qurulması sutkada 500 nəqliyyat vasitəsinin ötürmə qabiliyyəti saxlanılmaqla iki birləşmiş […]

Dünya

Sankt-Peterburqda qız sevgilisinin qucağından Qriboyedov kanalına düşdü – VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində körpüdə gənc oğlan sevgilisini qucağına alaraq Qriboyedov kanalının üzərində tutmaq qərarına gəlib, nəticədə qız suya düşüb. Gənc oğlan qəfildən qızı qucağına alıb və onunla birlikdə körpünün kənarına gedib. Sonra qızla birlikdə körpünün hasarının üzərinə əyilib, amma qızı saxlamağa gücü çatmayıb. Nəticədə qız suya düşüb, oğlanı isə yaxınlıqda olan iki kişi ayaqlarından tutaraq […]