Siyasət

Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB-nin iclasında iştirak edib – FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 24-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 80-ci iclasında iştirak edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, K.Vəliyev Rusiya Federasiyasında səfərdədir. Xeberal.az

İdman

“Qalatasaray”ın yeni baş məşqçisi: “Hədəflərimiz dəyişməyib” – VİDEO

“Qalatasaray”ın yeni baş məşqçisi Okan Buruk İstanbul klubunun çalışdırıcısı kimi mətbuat qarşısında ilk çıxışını edib. 48 yaşlı O.Buruk İstanbul klubundakı hədəflərindən danışıb: “Bizim hədəflərimiz “Qalatasaray” olaraq dəyişməyib. Bu mövsüm hədəfimiz ölkə çempionluğunu qazanmaqdır. Mən, rəhbərlik, oyunçularımız bütün gücümüzü ortaya qoyacağıq”. O.Buruk əlavə edib ki, ötən il “Qalatasaray” tərəfdarlarına yaşatdıqları təəssüf hissini ən qısa zamanda ortadan qaldırmağa […]

Cəmiyyət

Zaqatalada qaydaları pozan 25 sürücü cərimələnib – FOTO

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi,sürücülər tərəfindən qaydalara riayət olunmasına nəzarətin gücləndirilməsi məqsədi ilə şəhər ərazisində növbəti profilaktik tədbir keçiriblər. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, keçirilən tədbir zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, təhlükəli manevrlər etməklə özü […]

Cəmiyyət

İntihara cəhd edən məktəb direktoru ilə bağlı məsələyə aydınlıq gətirilib

Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsinə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (GDRTİ) təzyiqlərinin səbəb olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib. İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, son günlərdə xəbər saytlarında İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva barədə müxtəlif xarakterli məlumatlar dərc […]

Dünya

Ərdoğan: “Meşə yanğınını törədənlərin cəzası edam olmalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmaris yanğın koordinasiya mərkəzinə baş çəkib. Dövlət başçısını mediaya maraqlı açıqlamalar verib. Prezident Marmarisdə meşə yanğınının nəzarət altına alındığını bildirib. “Sevinirik ki, ölən və ya itkin düşən vətəndaşımız yoxdur. Marmarisdə meşə yanğını, Allaha şükür, nəzarət altına alınıb. Ümid edirəm ki, ağacəkmə işləri ilə bu bölgədəki yanğının fəsadlarını tez bir zamanda […]

Siyasət

Ceyhun Bayramov Macarıstan səfiri ilə görüşüb – FOTO

İyunun 24-də xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib. Nazir, Azərbaycan və Macarıstan arasında yüksək […]

Cəmiyyət

Qara Dəniz Ticarət və İnkişaf Bankı yenidən manatla istiqraz buraxa bilər

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) gələcəkdə də Azərbaycan manatı ilə istiqraz buraxa bilər. Bunu “Report”a açıqlamasında Bankın baş katibi Aristotelis Spiliots bildirib. O, bu barədə Bakıda keçirilən Azərbaycan-QDTİB biznes forumu çərçivəsində danışıb. “Bizim üçün Azərbaycanın milli valyutasında istiqraz buraxılışı vacibdir. Hazırda bu istiqamətdə danışıqlar aparılmasa da, gələcəkdə emissiya həyata keçirilə bilər. Bu, bizim planlarımız […]

İdman

Azərbaycanlı Paralimpiya çempionu zəhərlənib: “Nəsə yemişdi, vəziyyəti pis idi”

“Həmid Heydəri gəlməyib. Çünki bir gün əvvəl vəziyyəti pis olub, xəstələnmişdi. Hazırda Bakıda müalicə alır”. Bunu Oxu.Az-a para atletika üzrə milli komandamızın baş məşqçisi, ikiqat Paralimpiya, ikiqat dünya və ikiqat Avropa çempionu Oleq Panyutin deyib. 2016-cı il Paralimpiya Oyunlarının gümüş, 2020-ci il Paralimpiya Oyunlarının qızıl medalçısı olmuş Həmid Heydəri 27 iyunda Tunisdə start götürəcək ilin […]

İqtisadiyyat

Bakıda İnvestisiya Sammiti keçiriləcək – FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan ilə bu ilin noyabrında Bakıda növbəti İnvestisiya Sammitinin keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb. Bu barədə KOBİA-dan bildirilib. Görüşdə KOBİA və təşkilat arasında əməkdaşlığın inkişafından və birgə tədbirlərin təşkilindən məmnunluq […]

Cəmiyyət

Bakıda satılan “möcüzə” – VİDEO

Bakının Yasamal rayonunda satılan rəngarəng cücələr alıcıların marağına səbəb olub. Kimi çəkib sosial şəbəkədə paylaşır, kimi də alıb evinə aparır. Cücələrin satışı ilə məşğul olan şəxs şifahi olaraq qeyd edib ki, qiyməti iki manat olan bu bir həftəlik cücələrin rəngi böyüdükcə gedir və digər ev quşlarından fərqlənmir. Buna görə də onların insan sağlamlığına heç bir […]