İdman

“Qalatasaray”ın yeni baş məşqçisi: “Hədəflərimiz dəyişməyib” – VİDEO

Sharing is caring!

“Qalatasaray”ın yeni baş məşqçisi Okan Buruk İstanbul klubunun çalışdırıcısı kimi mətbuat qarşısında ilk çıxışını edib.

48 yaşlı O.Buruk İstanbul klubundakı hədəflərindən danışıb:

“Bizim hədəflərimiz “Qalatasaray” olaraq dəyişməyib. Bu mövsüm hədəfimiz ölkə çempionluğunu qazanmaqdır. Mən, rəhbərlik, oyunçularımız bütün gücümüzü ortaya qoyacağıq”.

O.Buruk əlavə edib ki, ötən il “Qalatasaray” tərəfdarlarına yaşatdıqları təəssüf hissini ən qısa zamanda ortadan qaldırmağa çalışacaqlar.

Qeyd edək ki, ötən gün O.Buruk “Qalatasaray”la 1+1 illik müqaviləyə qol çəkib.

Mənbə: Galatasaray.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir