Dünya

Pikenin xəyanəti bu görüntü ilə üzə çıxıb – FOTO

Bu yaxınlardan “Barselona”nın müdafiəçisi Jerar Pike ilə müğənni Şakiranın ayrılmasına səbəb sosial şəbəkədə yayılan bir foto olub. Xarici mətbuatda yayılan xəbərlərə görə, futbolçu sarışın bir xanımla gizli görüşü zamanı restoranın qaranlıq bir küncündə oturub və tanınmamaq üçün başına köynəyinin kapüşonunu keçirib. Lakin isveçli restoran sahibinin azyaşlı oğlu onu dərhal tanıyıb və ulduz futbolçu ilə salamlaşmaq, […]

Dünya

Hindistanda təbii fəlakət qurbanları artdı: Yemək yeyərkən hamilə qadını ildırım vurdu

Hindistanda ildırım vurması nəticəsində 3 nəfər ölüb. Hadisə Assam ştatının Mazbat rayonunda baş verib. Onlar 13 və 15 yaşlı iki yeniyetmə qız, həmçinin 7 aylıq hamilə 20 yaşlı qadın olub. İldırım çaxanda onlar hər üçü nahar edirmiş. Həmin şəxslər hadisə yerində ölüblər. Ərazidə bir neçə ev heyvanı da tələf olub. Faciə ucqar bölgədə baş verdiyindən polis […]

MARAQLI

Şahzadə Uilyam uşaqlarına yoxsulluq dünyasını göstərmək istəyir – FOTO

Şahzadə Uilyam üç övladına yoxsulluq dünyasını göstərmək istəyir. Bu barədə o, “The Big Issue” üçün yazdığı məqalədə bildirib. Onun sözlərinə görə, özü ilk dəfə 11 yaşında anası şahzadə Diana ilə evsizlər üçün sığınacaqda olub və həmin vaxt unudulmuş problemə işıq salmaq üçün anasının tam qətiyyətini görüb. İndi isə şahzadə Uilyam səkkiz yaşlı Corc, yeddi yaşlı […]

Dünya

Yer kürəsini maqnit qasırğası bürüyəcək

Yer kürəsini üç gün ərzində maqnit qasırğası buruyəcək. Meteroloqların məlumatın görə, təbiət hadisəsi iyunun 23-dən 25-dək davam edəcək. İlk gün aktivlik aşağı olacaq. İkinci gün qasırğa güclənəcək, sonra yenidən zəifləyəcək. İyun ayında günəş aktivliyinin artdığı başqa günlər olmayacaq. Qeyd edək ki, maqnit qasırğası səbəbindən baş və əzələ ağrıları, ürəkbulanma, başgicəllənmə, aşağı və ya yüksək təzyiq, […]

Dünya

Litva Kalininqrada yükdaşıma qadağasını genişləndirdi

Kalininqrad vilayətinin mətbuat xidməti bəyan edib ki, Litva Rusiya Federasiyasının digər regionlarından Kalininqrad vilayətinə sanksiya tətbiq edilən yüklərin daşınmasına qoyulan məhdudiyyətləri yük avtomobili tranzitinə də aid edib. “Yüklərin tranzitinə qoyulan məhdudiyyətlər Litvadan keçən dəmir yolları ilə yanaşı, avtomobil nəqliyyatına da şamil edilir. Ona görə də bu yüklər hazırda ancaq dəniz yolu ilə daşına bilər”, – […]

Dünya

Təyyarənin sərnişini pijama geyindiyinə görə “kriminal davranışda” ittiham olundu – VİDEO

Sosial şəbəkə istifadəçiləri təyyarə sərnişinini uyğun olmayan geyiminə görə “kriminal davranış”da ittiham ediblər. Səyahət yoldaşlarından biri tanımadığı sərnişinin davranışını videoya çəkərək “Twitter”də yerləşdirib. Bu barədə “The Daily Star” məlumat yayıb. Görüntülərdə pijama altlığı, qısaqol köynək və corab geyinmiş qadının pəncərə kənarındakı oturacağına doğru getmək üçün digər sərnişinlərin üzərindən atladığı görünür. “O, bütün yeddi saatlıq uçuşu […]

Dünya

Conson: “Ukrayna ilə bağlı Putinə güzəştlər yalnız fəlakətə gətirib çıxaracaq”

Qərb tərəfdaşları bilməlidirlər ki, Rusiya prezidenti Vladimir Putinə Ukrayna məsələsində güzəştlər yalnız fəlakətlə nəticələnəcək. Bu barədə Britaniyanın baş nazir Boris Consonun krallığın Nazirlər Kabinetinə verdiyi bəyanatda bildirib. “Biz heç kimin Putinə güzəştlərin fəlakətdən başqa heç nəyəsə gətirib çıxaracağına inanmasına imkan verməməliyik. Çünki bu, əsassız təcavüzün mükafatı kimi qəbul edilə bilər və təkcə Rusiyanı deyil, həm […]

Dünya

Messinin ailəsi ilə istirahət görüntüləri yayıldı – FOTO

Məşhur futbolçular Lionel Messi və Sesk Fabreqas ailələri ilə birlikdə İbiza adasına istirahətə yollanıblar. Yaxtada əylənən cütlüklərin görüntüləri kameralara əks olunub. Ulduz futbolçuların övladları ilə keçirdikləri əyləncəli anlar maraqla qarşılanıb. 35 yaşlı Lionel Messinin bədən quruluşu barədə “yeni mövsümə hazırdır” kimi şərhlər gəlib, həyat yoldaşı Antonellanın fotoları çox sayda bəyənilib. Mənbə: The Sun Xeberal.az

Dünya

Oğlu həbs cəzası alan ananın məhkəmədən qəribə tələbi: Götürdükləri qazanını geri istədi

Türkiyənin Kayseri şəhərində narkotik ticarəti ittihamı ilə 8 il 4 ay həbs cəzasına məhkum edilən şəxsin anasının məhkəmədən qəribə istəyi olub. Belə ki, qadın məhkəmə sədrindən polisin əməliyyat zamanı götürdüyü hermetik qapaqlı qazanını geri istəyib. Qadının oğlu isə həbs qərarına etiraz edərək özünü müdafiə edib və narkotik alveri ilə məşğul olmadığını, yalnız istifadəçi olduğunu deyərək […]