Cəmiyyət

Bu gün mindən çox abituriyent və şagird Azərbaycan dili fənnindən imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2022-ci il mayın 8-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də “qeyri-məqbul” qiymət almış […]

Dünya

Fransada parlament seçkiləri keçirilir

Fransada Milli Assambleyaya seçkilərin birinci turu keçirilir. Səsvermə hüququ olan 48 milyon Fransa vətəndaşı parlamentin aşağı platasına 577 deputatı seçməlidir. Birinci turda qalib gəlmək üçün namizədin 50%-dən çox səs toplaması lazımdır. Bir qayda olaraq, az sayda siyasətçi ilk dəfə belə uğur qazana bilir. Ona görə də ən yaxşı nəticə əldə etmiş iddialıların gedəcəyi seçkilərin ikinci […]

İdman

Türkiyə ardıcıl üçüncü qələbəsini qazanıb, İtaliya, Almaniya və İngiltərə xal itirib – VİDEO

Futbol üzrə Millətlər Liqasında 3-cü turun oyunları keçirilib. Son oyun günündə A, B və C Liqalarında 10 qarşılaşma keçirilib. A Liqası 3-cü qrup İngiltərə – İtaliya – 0:0 Macarıstan – Almaniya – 1:1 Qollar: Jolt Nad, 6 – Yonas Hofmann, 9 4-cü qrup Niderland – Polşa – 2:2 Qollar: Devi Klassen, 51. Denzel Dumfris, 54 […]

MARAQLI

Xərçəngin müalicəsi üçün yeni “hədəf” tapıldı

Stress zülalı fibroblastlar adlanan şişi dəstəkləyən hüceyrələrdə əsas rol oynayır və gələcəkdə xərçəng müalicəsi üçün yaxşı “hədəf” ola bilər. Bu qənaətə ABŞ-ın Pensilvaniya Universitetinin Perelman Tibb Fakültəsinin tədqiqatçıları gəlib. “Nature Cell Biology” jurnalında nəşr olunan tədqiqatçılar mədəaltı vəzi xərçəngi və melanoma olan siçan modellərində aşkar ediblər ki, ATF4 kimi tanınan stress zülalı şişi dəstəkləyən qan damarlarının […]

MARAQLI

Türkiyədə itə heykəl qoyub açılış mərasimi keçirdilər – VİDEO

Türkiyədə küçə itinə heykəl qoyulub. Türkiyənin Şişli bələdiyyəsi Təşviqiyyə məhəlləsində adı Tomi olan küçə itinə heykəl qoyulub. Qoyulan heykələ təntənəli açılış mərasimi keçirilib. Mərasimdə məhəllə sakinləri ilə yanaşı Şişli bələdiyyəsinin sədri Müəmmar Kəskin də qatılıb. Həmin görüntüləri təqdim edirik: Mənbə: YeniŞafak Xeberal.az

Dünya

Maqadanda iyun ayında güclü qar yağdı – VİDEO

Rusiyanın Maqadan vilayətində iyun ayında güclü qar yağıb. Yerli sakinlər görüntüləri telefonlarına çəkərək sosial şəbəkələrdə ictimailəşdiriblər. Qeyd olunur ki, bir neçə gün əvvəl Maqadan vilayətinin bəzi yerlərində havanın temperaturu müsbət 25 dərəcəyə qədər yüksəlib. Mənbə: İzvestiya Xeberal.az

Dünya

Avropa Komissiyası Ukrayna ilə bağlı rəyini gələn həftə açıqlayacaq

Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı rəyini gələn həftənin sonuna qədər hazır edəcək. Bu barədə Ukraynada səfərdə olan Avropa Komissiyasının Prezidenti Urusula fon der Layen açıqlama verib. Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynanın Aİ-yə üzvlük müraciəti ilə bağlı danışıqlar aparmaq üçün bu gün Kiyevə səfərə edib.  Mənbə: Segodnya Xeberal.az

İdman

Azərbaycan yığmasının üzvləri Avropa çempionatının ən yaxşıları seçilib

Azərbaycanın mini-futbol üzrə milli komandasının iki üzvü Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında fərqlənib. Bunlar Davud Kərimi və Bəxtiyar Soltanovdur. Kərimi yarışın ən yaxşı qapıçısı, Soltanov isə ən yaxşı oyunçusu seçilib. Hər iki fubolçuya xüsusi mükafat təqdim edilib. Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu olub. Xeberal.az