Dünya

Ukraynada Rusiyaya məxsus daha bir təyyarə məhv edilib – VİDEO

Ukraynada Rusiyaya məxsus daha bir təyyarə məhv edilib. Bu barədə Kostya Qordiyenko adına 57-ci əlahiddə motoatıcı briqada xəbər verib və görüntülər təqdim edib. “57-ci əlahiddə motoatıcı briqadanın qərargahının məlumatına görə, 2022-ci il mayın 18-də Rusiya hərbi təyyarəsi hava hücumundan müdafiə bölməsi tərəfindən vurulub. Yaşasın Ukrayna!” – deyə məlumatda bildirilir. Mənbə: Ukrainskaya Pravda Xeberal.az

Cəmiyyət

Səhnəmizin Nargiləsi: Hamı onları sevgili bildi, toy günü nişanlısını buraxıb Türkiyəyə qaçdı – FOTO

Bu gün aktrisa, Əməkdar artist Məlahət Abbasovanın ad günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir. Məlahət Elman qızı Abbasova 18 may, 1969-cu ildə Bakı şəhərində anadan olub. Orta məktəb təhsilini başa vurandan sonra aktrisa İncəsənət Universitetinə qəbul olunub. Xalq artisti, rejissor Mehdi Məmmədovdan dərs alıb. Mühafizəkar ailədə böyüsə də, Məlahət Abbasovanın aktrisa […]

Siyasət

Dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar – FOTO/VİDEO

Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimindən sonra dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgi haqqında məlumat verib. Klassik avtomobil sərgisində XIX əsrin sonlarından başlayaraq müxtəlif ölkələrdə istehsal olunmuş 60-dək nadir avtomobil nümayiş etdirilir. Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixi barədə də məlumat əldə edirlər. Eyni […]

Cəmiyyət

Bakıda “Müharibə uşaqlarına” adlı sərginin açılışı olub – FOTO/VİDEO

Bu gün Bakıda “Müharibə uşaqlarına” adlı sərginin açılışı olub. Oxu.Az xəbər verir ki, sərgi müharibənin dəhşətlərini yaşamış ukraynalı uşaqlara kömək etmək məqsədi daşıyır.  Sərgidən əldə olunan gəlir yardım məqsədilə Ukrayna səfirliyinin xüsusi olaraq açdığı hesaba köçəcək. Layihənin müəllifi telejurnalist Şakir Eminbəyli ideya onun olsa da, rəssamların əməyinin əsas olduğunu vurğulayıb: “Layihəni gerçəkləşdirmək üçün dəstək lazımdır. […]

Dünya

Avropa Komissiyası Ukraynanın müharibədən sonrakı bərpası planını təsdiqləyib

Avropa Komissiyası Ukraynanın müharibədən sonrakı bərpası planını təsdiqləyib. Bununla yanaşı Aİ Ukraynaya 9 milyard avro makromaliyyə yardımı etməyi qərara alıb. Qeyd olunub ki, plan müharibədən sonrakı yenidənqurma üzrə Milli Şura tərəfindən hazırlanıb. Avropa İttifaqının planı da məhz bu sənədə əsaslanıb. Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki,  bərpa prosesinə Ukrayna rəhbərlik edəcək. Prosesin maksimum şəffaflığı […]

Siyasət

İlham Əliyev: “Azərbaycanda regionun yeni nəqliyyat xəritəsi yaradılıb” – VİDEO

“Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik”. Bunu Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib. Prezident qeyd edib: “Biz, həmçinin nəqliyyat sektorunda əməkdaşlıq məsələlərini də müzakirə etdik. Mən düşünürəm ki, biznes dairələri üçün və bir-birinə o qədər də yaxın yerləşməyən ölkələrimiz arasında əməkdaşlıq üçün bu dayanıqlı nəqliyyat […]

Cəmiyyət

“Azəriqaz”ın baş direktorundan yayılan məlumatlara REAKSİYA

“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev bəzi saytlarda və sosial şəbəkələrdə guya “Azəriqaz” İB-nin bir neçə məsul şəxsinin həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Oxu.Az xəbər verir ki, bu barədə qurumun baş direktoru sosial media hesabında yazıb. “Əvvəla diqqətinizə çatdırım ki, “Azəriqaz” İB-nin fəaliyyəti göz qabağındadır. Kifayət qədər sosiallaşmış Birliyin bu istiqamətdə […]

Siyasət

Hulusi Akar azərbaycanlı qazilərlə görüşdü – FOTO

Türkiyənin müdafiə naziri Hulusi Akar 44 günlük Vətən müharibəsində iştirak edən azərbaycanlı qazilərlə görüşüb. Türkiyə və Azərbaycanı kədər və sevinc içində birləşən iki qardaş kimi xarakterizə edən Akar, “Biz iki dövlət, bir millətik. Buna bütün qəlbimizlə inanırıq”, – deyə bəyan edib. Azərbaycan ordusunun işğal altındakı Vətən torpaqlarını xilas etdiyini xatırladan Akar, əməliyyatın böyük uğurla həyata […]

Dünya

Paşinyan etirazlarla əlaqədar KTMT-dən İrəvana qoşun yeritməyi xahiş edib

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstandan nümunə götürərək Kremldən KTMT qoşunlarının Ermənistana göndərilməsini istəyib. Məlumata görə, KTMT-nin Moskva sammiti ərəfəsində (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hazırda Ermənistan sədrlik edir) Paşinyan KTMT-yə rəsmi sorğu göndərib. “O, Moskvaya Təşkilat üzvlərindən təminat almaq üçün gəlib: İrəvanda vəziyyət Qazaxıstan ssenarisi üzrə inkişaf etsə, o zaman Rusiya və KTMT-nin digər üzvləri qoşun […]

İdman

“Ayntraxt” və “Reyncers”in azarkeşləri arasında çaxnaşma olub – VİDEO

Avropa Liqasının finalçısı olan “Ayntraxt” və “Reyncers”in azarkeşləri oyundan əvvəl Sevilyada toqquşub. Onlardan bəziləri polisə məşəl, şüşə və masa atıb. Bildirilir ki, asayiş keşikçilərinə qarşı aqressiya nümayiş etdirən fanatlardan 5-i həbs edilib. İğtişaşlarda ümumilikdə 200-ə yaxın “Ayntraxt” azarkeşi iştirak edib. Qeyd olunur ki, Sevilyada 150 minə yaxın azarkeş var. Onların 100 min Şotlandiya, 50 min […]