Kriminal

Bakıda qayınatasını öldürən kürəkən tutulub

Mayın 17-də saat 22 radələrində Suraxanı rayonu ərazisində 1978-ci il təvəllüdlü Qabil Qənbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Suraxanı rayon Prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni, 1987-ci il təvəllüdlü Taleh Heydərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə bıçaqla çoxsaylı xəsarətlər yetirib Qabil Qənbərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı […]

İqtisadiyyat

Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ: Hansı sahədə uğur qazanmaq olar? – FOTO

Bu gün hər hansı obyekt açmaq istəyən iş adamını narahat edən əsas məsələ həmin obyektin yerləşməsidir. Artıq bir faktdır ki, məkanın yerləşdiyi ərazi biznesə ən çox təsir edən amillərdəndir. Məsələn, bir mağazanı hansısa binanın birinci mərtəbəsində açmaqla böyük ticarət mərkəzində açmaq arasında olduqca fərq var. Təbii ki, bu fərq icarə qiymətlərində də özünü göstərir. Amma […]

Dünya

Çavuşoğlu: “İsveç və Finlandiya Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmalıdır”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdən əvvəl İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı ölkəsinin mövqeyinə dair açıqlamalar verib. O, bildirib ki, Türkiyə hər iki ölkənin təhlükəsizliklə bağlı narahatlıqlarını anlayır. XİN rəhbəri qeyd edib ki, İsveç və Finlandiya da öz növbəsində Türkiyənin eyni sahədəki narahatlıqlarını nəzərə almalı və […]

Dünya

Moldova prezidenti Rusiya qoşunlarının ölkədən çıxarılmasını tələb edib

Dnestryanı bölgədə rusiya qoşunlarının olması Moldovanın neytral statusuna ziddir. Bunu Moldova prezidenti Mayya Sandu bəyan edib. “Konstitusiyaya görə, Moldova neytral ölkədir və bunu vətəndaşları da dəstəkləyir. Lakin Rusiya hərbçilərinin Dnestryanı bölgədə olması neytrallığı və müstəqilliyimizi pozur. Ona görə də biz Rusiya hərbçilərinin ölkəmizin ərazisindən çıxarılmasını tələb edirik”, – deyə o, Avropa parlamentində keçirilən plenar iclasda […]

İdman

Boks millimiz Fərqanədə döyüşəcək

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Oxu.Az xəbər verir ki, yığma mayın 20-24-də Özbəkistanın Fərqanə şəhərində keçiriləcək yarışda gücünü yoxlayacaq. Komandamız turnirə bu gün baş məşqçi Vaqif Kazımov və Ağası Məmmədovun rəhbərliyi altında yollanacaq. Yarışda ölkəmizin idman şərəfini Bilal Nəzərov (44 kq), Faiq Mollayev (46 kq), Vaqif Hacıyev (48 kq), Tağı Nəsibov […]

Siyasət

Siyavuş Novruzovu narahat edən məqamlar: “Bir çox qurumlar iş yox, şou göstərir” – VİDEO

Baku TV-də yayımlanan “Üzbəüz” verilişinin budəfəki buraxılışında millət vəkili Siyavuş Novruzovla ölkə gündəmi və bir çox maraqlı məqamlar müzakirə edilib. Verilişin qonağı deputat parlamentdə müxtəlif mövzularla bağlı səs-küyə səbəb səbəb olan çıxışlarından danışıb. Daha ətraflı verilişin növbəti buraxılışında: Xeberal.az

İdman

Azərbaycan millisinin baş məşqçisi: “Bakıda tanrı kimi yaşayıram”

“Üç milyon əhalisi olan Bakıda Tanrı kimi yaşayırsan. Şəhərin köhnə hissəsi o qədər gözəldir ki, ətrafdakı qala divarları ilə birlikdə YUNESKO-nun mədəni irsi siyahısına daxil edilib”. “Report”un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıdakı həyat tərzi barədə “bresciaingol.com” saytına açıqlamasında deyib. İtaliyalı mütəxəssis bildirib ki, demək olar, bütün əcnəbilərin […]

Mədəniyyət

Rüstəm İbrahimbəyovun yerinə Kinematoqrafçılar İttifaqına kimin sədrlik edəcəyi BİLİNDİ

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçimi ilə bağlı idarə heyətinin ümumi iclası 31 may tarixində keçiriləcək. Bu barədə APA-ya ittifaqın katibi Baba Vəziroğlu məlumat verib. Qeyd edək ki, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatından sonra Xalq artisti Rasim Balayev AKİ-nin sədrliyinə namizəd kimi təqdim olunub və idarə heyəti Rasim Balayevin namizədliyini yekdilliklə təsdiq edib. Xeberal.az

Siyasət

Gitanas Nauseda: “Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaq”

Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaqdır. Bunu Litva Prezidenti Gitanas Nauseda Azərbaycan-Litva biznes forumunda deyib. Litvanın dövlət başçısı vurğulayıb: “Mən ölkələrimiz arasında biznes əlaqələrini daha da möhkəmləndirmək üçün Azərbaycanın işgüzar dairələrini bu ilin ikinci yarısında Litvaya səfərə dəvət edirəm. İqtisadi əməkdaşlıq üçün istifadə olunmamış geniş […]

Siyasət

Litva Prezidenti: “Məqsədim iki ölkənin əlaqələrini yenidən canlandırmaqdan ibarətdir”

“Mənim məqsədim iki ölkənin iqtisadi, mədəni, siyasi və sosial əlaqələrini yenidən canlandırmaqdan, onları daha sıx və uzunmüddətli etməkdən ibarətdir”. Bunu Litva Prezidenti Gitanas Nauseda Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib: “Bu gün burada sizin qarşınızda çıxış etməkdən şərəf hissi duyuram. Böyük məmnuniyyətlə Prezident İlham Əliyevlə Azərbaycan – Litva biznes forumunun açılışında […]