Dünya

Denisova Ukrayna Ombudsmanı vəzifəsindən azad edilib

Ali Rada Lyudmila Denisovanın Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsindən istefasına səs verib. Qərar 234 xalq deputatı tərəfindən dəstəklənib. Qeyd edək ki, Denisova bu vəzifəni 2018-ci il martın 15-dən icra edir. Bundan əvvəl o, Yuliya Timoşenko (2007-2010) və Arseni Yatsenyuk (2014) hökumətlərində sosial siyasət naziri olub. 2022-ci il aprelin 27-də keçmiş uşaq ombudsmanı  Nikolay […]

Dünya

Avrozonada inflyasiya rekord həddə çatıb

May ayında Avrozona ölkələrində qiymətlər aylıq bazada rekord 8,1% səviyyəsinə çatıb ki, bu da proqnozlaşdırılan 7,8%-dən yüksəkdir. Bu barədə çərşənbə axşamı “Eurostat”ın mətbuat xidməti məlumat yayıb. Qiymət artımının daha çox enerji resursları (apreldə 37,5%-ə qarşı 39,2%), ərzaq, alkoqollu içkilər və tütün məmulatları (apreldə 6,3%-ə qarşı 7,5%) və qeyri-enerji sektorunun sənaye məhsulları (apreldə 3,8%-ə qarşı 4,2%) […]

Dünya

Kanada VTB, “Sberbank” və Alina Kabayevaya qarşı sanksiyalar tətbiq edib

Kanada Rusiyadan olan 22 fiziki və 4 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Milli Media Qrupunun direktorlar şurasının rəhbəri Alina Kabaeva, VTB və “Sberbank”ın idarə heyətinin keçmiş və indiki üzvləri məhdudiyyətlərə məruz qalıblar. Sanksiyalar “Rosselxozbank” və “İnvesttorqbank”a da şamil edilib. Xanım Kabayevadan başqa, “Alfa-Bank”ın təsisçisi Mixail Fridmanın qızları Larisa və Yekaterina da sanksiyalara məruz qalıb. […]

Dünya

Venesiyada “uçan” qayıqlar istifadəyə veriləcək – FOTO/VİDEO

Su üzərində “uçan” elektrik qayıqlarının istehsalında ixtisaslaşan İsveçin “Candela Speed ​​Boat” AB şirkəti yeni “yaşıl” qayıq təqdim edib. “R-8 Voyager” adlanan qayıqdan ilk olaraq Venesiyada su taksisi kimi istifadə olunacaq. Uzunluğu 8,5 metr olan su taksisi altı sərnişin üçün nəzərdə tutulub, həmçinin çatdırılma xidmətlərində istifadə oluna bilər. Elektrikli qayıq kompüterlə idarə olunan “hidrofoil”lərə (sualtı qanad) […]

Mədəniyyət

İrpendə işğal müddətində yaşadıqlarını lentə aldı: Film çəkəcək – VİDEO

Məşhur ukraynalı kinorejissor Sergey Sotniçenko bir ay ərzində İrpendə aktiv döyüşlər zamanı yaşadıqlarını lentə alıb. Şəhərin işğalçılardan ən çox əziyyət çəkdiyi hissəsində yaşayan rejissor çəkəcəyi filmdə həmin kadrlardan istifadə etməyi planlaşdırır. Sergey dəfələrlə həyatla vidalaşdığını, bəzən isə artıq son anlarının olduğunu düşündüyünü deyir. “Telefonumda 1% enerji var idi. Təsadüfən Vakarçukun “Soyuqdur” (“Xolodno”) mahnısını qoşdum. Bura da dəhşət […]

Dünya

Rusiya Danimarkaya qaz tədarükünü dayandırır

İyunun 1-də “Qazprom Export” Danimarkanın aparıcı enerji şirkəti “Ørsted” və “Shell Energy Europe Limited”ə qazın tədarükünü dayandıracaq. Qərar adıçəkilən şirkətlərin aprel ayında tədarük edilən qaza görə ödəniş etmədiklərinə, daha dəqiq desək, ödənişi rublla həyata keçirməkdən imtina etdiklərinə görə qəbul olunub. Qeyd edək ki, hər iki şirkət Rusiyanın tələbinə əsasən qaza görə ödənişləri rublla həyata keçirmək […]

Dünya

“Tik-Tok” “Russia Today”in sosial şəbəkə hesabına blok qoydu

Dünyaca məşhur Çin sosial media tətbiqi “Tik-Tok” Rusiyanın “Russia Today” xəbər telekanalının alman xidmətinin sosial şəbəkə hesabını silib, profilini isə bloklayıb. “Tik-Tok” nümayəndələrinin sözlərinə görə, bloklama istifadə qaydalarının pozulması ilə bağlıdır. Xatırladaq ki, 2022-ci ilin fevral ayında “Russia Today” telekanalının Almaniyada alman dilində yayımı qadağan edilib. Buna cavab olaraq Rusiya “Deutsche Welle”nin Rusiya bürosunun bütün işçilərinin […]

Dünya

Misirdə yüzlərlə mumiya aşkar edildi

Misirdə, Qahirə yaxınlığındakı Saqqara nekropolunda aşkar edilmiş 2500 il yaşı olan yüzlərlə qədim artefaktdan ibarət kolleksiya təqdim olunub. Bu barədə “Phys.org”un press-relizində məlumat verilib. Qədim Əsərlər Ali Şurasının rəhbəri Mostafa Vəzirinin sözlərinə görə, tapıntıya yaxşı qorunmuş mumiyaları olan 250 sarkofaq, həmçinin Misir tanrılarının 150 bürünc heykəli və məhsuldarlıq ilahəsi İsis ilə əlaqəli ayinlərdə istifadə edilən […]

Kriminal

Sayt rəhbəri barəsində dələduzluğa görə cinayət işi başlanıb

Jurnalist Etibar Əliyev (Etibar Toğrul) barəsində cinayət işi başlanıb. APA xəbər verir ki, jurnalist beş nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunur. Əliyev Etibar Xasay oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq ilkin istintaq aparılıb. Hazırda cinayət işi ilə bağlı toplanmış materiallar baxılması üçün Bakı […]