Xarici siyasət

Azərbaycanın Belçikadakı səfiri dəyişdi

Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb. XəbərAl.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri […]

Dünya

Lukaşenko: “Azərbaycan ilə münasibətləri qoruyub saxladıq və inkişaf etdirdik”

“Azərbaycan və Belarus münasibətləri nəinki qoruyub saxladı, hətta inkişaf etdirdi”. “XəbərAl.az” BELTA-ya istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədə diplomatik missiyasının başa çatması münasibətilə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovu qəbul edərkən bildirib. Prezident iki xalq arasında mehriban və sıx dostluq münasibətləri qurulduğunu vurğulayıb. “Biz tez-tez bunu “qardaşlıq münasibətləri” adlandırırıq. Bu, […]

Xarici siyasət

Azərbaycan BMT-nin Cenevrədəki bölməsinə yeni daimi nümayəndə təyin etdi

Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib. XəbərAl.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Kriminal

Erməni casusdan şok ifadə: “Azərbaycana ordusu barədə məlumatları öyrənməyimi tapşırdı”

Azərbaycanda casusluqda ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. XəbərAl.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxslər Azərbaycan Respublikasına aid dövlət sirləri olan məlumatları əldə […]

Xarici siyasət

Sabah üç ölkənin parlamentlərinin sədrləri “Bakı bəyannaməsi” imzalayacaq

Sabah Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin Üçtərəfli Birinci toplantısı başlayır. XəbərAl.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq. Üçtərəfli toplantıdan əvvəl iyulun 26-da Mustafa Şentop Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcək. İyulun 28-də Türkiyə Böyük Millət […]

Hadisə

Azərbaycanda polis bədbəxt hadisə nəticəsində öldü

Şamaxı rayonunda polis əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb. XəbərAl.az xəbər verir ki, hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb. İlkin məlumata görə, polis serjantı İdrak Alıyev öz evinin həyətində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində vəfat edib. Hadisə onun xidmətdənkənar olduğu vaxt baş verib. Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.

Gündəm

Azərbaycanda karantin rejimi sərtləşdirilir? — Operativ Qərargahdan AÇIQLAMA

Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir. Sosial şəbəkələrdə, eləcə də insanlar arasında yayılmış şayiələrə görə, avqust-sentyabr aylarında yenidən qapanmalar, məhdudiyyətlər olacağı söyləntiləri var.  Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qərarlar bütün göstəricilər nəzərə alınaraq verilir: “Yumşalmalardan sonra […]

Müharibə

MN: Ermənistan tərəfi Kəlbəcər rayonu ərazisində mövqelərimizi intensiv atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. Azərbaycan Ordusunun bu istiqamətdə […]