AKTUAL

Vüqar Rəhimzadə: İqtisadi rayonların yeni bölgüsü gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərardır

«İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar prioritetlərin müəyyənləşdirilməsini bir tələbə çevirir. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir. Böyük Qayıdışın başlanması kimi dəyərləndirilən, ilk olaraq  Zəngilanda həyata keçirilən «ağıllı kənd» layihəsinin 2022-ci ilin yanvarında başa çatdırılacağı bildirilir. Artıq həmin vaxtdan soydaşlarımızın  doğma yurd-yuvalarına  köçürülməsi nəzərdə tutulur. Şübhə yoxdur ki, […]