AKTUAL

Azad Rəhimov Bakıya gətirildi

Bir müddətdir ABŞ-da müalicə alan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıya gətirilib. XəbərAl.az xəbər verir ki, 56 yaşlı nazir paytaxtda özəl xəstəxanalardan birinə yerləşdirilib. Koma vəziyyətində olan Azad Rəhimov süni nəfəs aparatına qoşulub. Qeyd edək ki, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir, yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı.

Ölkə

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 18-23, Bakıda gecə 11-13, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm […]

Təhsil

Magistraturaya qəbul üzrə müsabiqə şərtləri açıqlandı

Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul üzrə müsabiqə şərtlərini açıqlayıb. DİM-dən bildirilib ki, qəbul imtahanındakı, bəzi ixtisaslaşmalar üçün, həmçinin, qabiliyyət imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı […]

Sosial

Əlillik təyin edilən qazilərin sayı açıqlandı

“Vətən Müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi sahəsində işlər görülür”. “XəbərAl.az” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisdə “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dinləmədə çıxış edərkən deyib. Nazir qeyd edib ki, artıq 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir: “İndiyədək 17 qazi yüksək […]

Sosial

Sahil Babayevdən saxta əlillik təyinatları ilə bağlı – Açıqlama

“Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təminatı vacibdir”. “XəbərAl.az” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisdə “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dinləmədə çıxış edərkən deyib. Nazir bildirib ki, əsassız əlillik təyinatlarının qarşısının alınması istiqamətində tədbirlər görülür: “2021-ci ilin I rübünün nəticələrinə əsasən, əlillik […]

Dünya

Tacikistan-Qırğızıstan sərhədindəki atışmada şəhər meri yaralanıb

Tacikistanın İsfar şəhərinin meri Bəhovəddin Bahodurzadə Tacikistan-Qırğızıstan sərhədində baş verən atışmada çiyin nahiyəsindən yaralanıb.  “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə şəhər merinin ofisi məlumat yayıb. Məlumata əsasən, merin səhhəti stabildir. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədinin uzunluğu təxminən 980 kilometr təşkil edir. Sovet İttifaqının dağılmasından sonra iki ölkə arasında mübahisəli ərazi […]

Xarici siyasət

Lavrov Bakıya gəlir

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfər edəcək. “XəbərAl.az” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. “Mövcud razılaşmalara uyğun olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri 5-6 may tarixlərində İrəvana və 10-11 may tarixlərində Bakıya səfər edəcək. Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqlar planlaşdırılır”,-deyə Zaxarova qeyd edib. Təmaslar […]

Cəmiyyət

“Nar” və AzTU əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi

Ölkədə yerli kadrların yetişməsi, onların beynəlxalq rabitə bazarında seçilən peşəkarlardan birinə çevrilməsi məqsədilə “Nar” Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) Baş İcraçı direktoru Qunnar Panke və AzTU-nun rektoru Vilayət Vəliyev keçirdikləri görüşdə bu barədə müzakirələr aparıblar. Əsas prioritet olaraq yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarının dəyərləndiriliməsi müəyyən edilib […]