Dünya

NATO Hərbi Komitəsinin sədri Ukraynaya getdi

NATO Hərbi Komitəsinin sədri, general Stüart Piç Ukraynaya gedib. “XəbərAl.az” xəbər verir ki, bu barədə NATO məlumat yayıb. Bildirilib ki, o, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general-polkovnik Ruslan Xomçakla Lvov şəhərində görüşüb. Görüş zamanı Ukrayna və bölgədəki təhlükəsizlik məsələsi müzakirə olunub. NATO standartları əsasında Ukrayna ordusunda islahat prosesi gündəmdə olduğu iclasda Piç alyansın Ukraynaya dəstəyinin […]

İdman

FİFA iki ölkənin üzvlüyünü dayandırdı

FİFA Çad və Pakistan Futbol Federasiyalarının quruma üzvlüyünü dayandırıb. “XəbərAl.az” xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Hər iki ölkənin futbol federasiyası hökumətin futbola müdaxiləsi səbəbindən cəzalandırılıb. Çad və Pakistanda ölkə rəhbərliyi tərəfindən futbolla bağlı verilən qərarlar aradan qaldırılacağı halda, ölkələrin üzvlüyü yenidən bərpa olunacaq. XəbərAl.az

AKTUAL

Müdafiə naziri Türkiyəyə başsağlığı verib

Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. “XəbərAl.az” xəbər verir ki, başsağlığında deyilir: “Qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Konya şəhərində qəzaya uğraması nəticəsində pilotun həlak olması xəbəri məni çox kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Şəhid hərbi qulluqçuya […]

Asiya

Türkiyədə hərbi təyyarə qəzaya düşdü, pilot həlak oldu

Türkiyədə Hərbi Hava Qüvvələrinə məxsus “NF-5” təyyarəsi qəzaya düşüb. “XəbərAl.az” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qəzanın təlim uçuşu zamanı baş verdiyi bildirilib. Qəza nəticəsində təyyarəni idarə edən pilot şəhid olub.  “Konyada təlim uçuşu zamanı qəzaya uğrayan Hava Qüvvələrimizin “NF-5” təyyarəsinin pilotu şəhid oldu. Qəhrəman pilotumuza Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə […]

İqtisadiyyat

Prezident Xocavənd yoluna 13,6 milyon ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “XəbərAl.az” xəbər verir ki, sərəncamda deyilir: 1. On dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində […]

Sənaye və energetika

“Xəzər Dəniz Gəmiçiliyi” necə idarə olunur?-Prezidentə şok şikayət

Şikayətçilər: “Gəmiçiliyin İdarə Heyətinin sədri Rauf Vəliyev və qardaşı bacısı oğlanları Zaur üçün “Grand Catering” şirkəti yaradıb, bütün saxta ərzaqları onun əli ilə biz zülm çəkən dənizçilərə yedizdirirlər” “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin neft daşıyan gəmilərinin (tankerlər) bir qrup işçisi Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Surəti “Təzadlar” qəzetinə göndərilən müraciət-şikayətdə QSC-də baş […]

Mədəniyyət

Qarabağdakı radionu bu şirkət açacaq

Milli Televiziya və Radio Şurasının bugün keçirilən iclasında Qarabağda regional radio kanalının açılması üçün elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.  “XəbərAl.az” xəbər veir ki, geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Caspian İnternational Broadcasting Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“CBC FM” radio […]

Ölkə

Sabah Bakıda 22 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12 , gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə […]

Təhsil

Nazir vaksinasiyanı başa vurmuş məktəblərin adlarını açıqladı — SİYAHI

“Aprelin 6-dək qeydə alınan göstəricilərə əsasən, Bakı və Sumqayıt şəhərlərində doqquz, Abşeron rayonunda 21 ümumi təhsil müəssisəsinin hər birinin pedaqoji və texniki heyəti üzrə 90 faizindən çox əməkdaşının vaksinasiya prosesi yekunlaşdırılıb”. Bunu Təhsil naziri Emin Əmrullayev “facebook” səhifəsində yazıb. Nazir paylaşımında Təhsil Nazirliyi adından həmin təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edib. XəbərAl.az

Dünya

“Azərbaycanla hərbi təlimlər davam edir” – Hulusi Akar

“Azərbaycanla sıx əməkdaşlığımız davam edir”. “XəbərAl.az” xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib. “Qardaşlarımızla sıx əməkdaşlığımız davam edir. Qarabağdakı mina təmizləmədən əlavə qardaşlarımızla hərbi tədris fəaliyyətlərimiz və təlimlərimiz davam edir”,- deyə Akar qeyd edib. XəbərAl.az