AKTUAL

Mübariz Mənsimova beş il cəza verildi

Azərbaycan əsilli türkiyəli biznesmen Mübariz Mənsimova İstanbul Məhkəməsinin qərarı ilə beş il müddətinə cəza verilib. XəbərAl.az-ın məlumatına görə, məhkəmə qərarı ilə o, bu müddəti ev dustaqlığında keçirəcək. Qərara əsasən Mənsimova elektron qolbaq taxılacaq və bu vasitə ilə onun hərəkətləri izlənəcək. Qeyd edək ki, məhkəmədə Mənsimovun FETÖ terror təşkilatına qəsdən yardım etməsi sübut olunub.

Xarici siyasət

Əli Nağıyev Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara, Baş Qərargah rəisi ordu generalı cənab Yaşar Gülerə və Milli İstihbarat Təşkilatının rəhbəri cənab Hakan Fidana başsağlığı ünvanlayıb. XəbərAl.az DTX-nin saytına istinadən xəbər verir ki, başsağlığında bildirilir: “Qardaş Türkiyə Respublikasının Quru Qoşunlarına məxsus hərbi helikopterin Bitlisdə qəzaya uğraması […]

Siyasət

İlham Əliyev: “Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra edilir”

“Son 3 il ərzində prezident və parlament seçkiləri keçirilib. Prezident və parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri var. Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və biz görürük, gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş […]

Xarici siyasət

Əli Əsədov Türkiyənin vitse-prezidentinə zəng etdi

Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib. Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib. Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Turkiyə […]

Siyasət

Prezident: “YAP-ın VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub”

“Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olub. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi […]

Gündəm

Əli Həsənov YAP-ın İdarə Heyətindən kənarlaşdırıldı

PA-nın sabiq şöbə müdiri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri Əli Həsənov və sabiq baş nazirin müavini Əli Həsənov da İdarə heyətindən kənarlaşdırılıb. X X X Prezidentin keçmiş köməkçisi Əli Həsənov YAP-ın qurultayında iştirak etməyib. Oxu.Az-ın xəbərinə görə, ondan başqa, eks deputatlar Hadi Rəcəbli, Abel Məhərrəmov da qurultayda qatılmayıblar.  Qeyd edək ki, bu gün […]

Siyasət

Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP-ın İdarə Heyətindən çıxarıldı

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub. Bu barədə “Report”a İdarə Heyətindən məlumat verib. Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıb. Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib. Qeyd edək ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.

Hadisə

Nəqliyyat şirkəti 20 min manat cərimələndi

“Astara-nəqliyyat” ASC-də əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı Baş Prokurorluğa daxil olmuş müraciət əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.  Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı ASC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs Məmmədov Nizami Fərzulla oğlunun bir neçə şəxsi əmək müqaviləsi olmadan işə […]