Kriminal

DTX: Rasim Məmmədov 55 milyon manatlıq mənimsəmədə ittiham olunur

“Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılıb. XəbərAl.az DTX-nin saytına istinadən […]

Şou-Biznes

Xatirə etiraz etdi: Virus yalnız bəy və gəlinə tərəf gəlir

“Virus yalnız bəy və gəlinə tərəf gəlir. Onunku ancaq bəylə gəlindir. Çalışın evlənməyin”. XəbərAl.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam toyların keçirilməməsi barədə kinayəli şəkildə yazıb. İfaçı market, restoran və gözəllik salonlarında insanların çox olduğunu bildirib: “Artıq məlum oldu ki, virus açıq mağazalara yox, kassasının qarşısı dolu olan marketlərə, gözəllik salonlarına, hətta gecə 12-dək […]

Hüquq

Səlim Müslümovun həbsi təsdiqləndi

Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbs edilməsi xəbəri qohumları tərəfindən təsdiqlənib. XəbərAl.az xəbər verir ki, hüquq mühafizə orqanları tərəfindən keçmiş məmur ciddi korrupsiya faktları ilə saxlanılıb. Həbs xəbərini S.Müslümovun yaxınları Unikal.org-a təsdiqləyiblər.  Xatırladaq ki, Səlim Müslümov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrı kimi tanınır. K.Heydərov Dövlət Gömrük Komitəsinin sədri olduğu […]

Gündəm

Məhəbbət Vəliyeva hicab taxdığına görə vəzifəsindən gedib?

Təhsil nazirinin müavini vəzifəsindən azad edilmiş Məhəbbət Vəliyeva barəsində maraqlı iddialar səslənməkdədir. Təhsil Nazirliyi xanım nazir müavininin səhhətində problem olduğunu və öz ərizəsi ilə işdən getdiyini açıqlasa da, sosial şəbəkədə başqa versiyalar və mülahizələr irəli sürülməkdədir. XəbərAl.az Musavat.com istinadən xəbər verir ki, M.Vəliyevanın hicab taxdığı üçün nazirlikdən getməli olduğu iddia edilir. Sosial media istifadəçiləri yazırlar […]

Bölgə

Toy məclisi təşkil edənlər cərimələndi

Fevral ayının 2-də Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Bəylər kənd sakini B. Ağamirzəyev yaşadığı evin həyətində qonaqların iştirakı ilə gizli şəkildə yığcam toy mərasimi təşkil etdiyi müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, məclisin təşkilatçısı və iştirak edənlər barədə inzibati […]

AKTUAL

Dövlət Agentliyinə direktor təyin edildi – Foto

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifəsinə təyinat olub. XəbərAl.az xəbər verir ki, bu vəzifə indiyə qədər direktoru əvəz edən Təbriz Əmmayevə həvalə edilib. O, Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetinin maliyyə, mühasibatlıq və menecment fakültəsini bitirib, nazirliyə gələnə qədər SOCAR-ın baş ofisində çalışıb. Xatırladaq ki, […]

Gündəm manset

Cəlilabadın Həbs Olunan İcra Başçısı Maşlıq Kənd Tam Orta Məktəbin Həyətini Kimə Və Neçiyə Satıb?-Foto Videofakt

Xəbər verdiyimiz kimi, Dekabrın 7-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib, İcra başçısı Namiq Zeynalov həbs edilib. XəbərAl.az saytının məlumatına görə, o, külli miqdarda mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə […]

AKTUAL

“Məmurlar, Allahlıq iddiasındadır”

“Bu məmurlar Allahlıq iddiasındadır. İnsanda bu qədər tamah, pul yığmağa meylmi olar? Vəzifəyə təyin olunan insanlar hamısı pul yığmaq üçün gəlirlər” XəbərAl.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov ölkə başçısının məmurlarla bağlı çıxışını dəstəklədiyini bildirib: “Ölkə başçısının məmurlarla bağlı çıxışına mən də baxdım. Vallah prezident […]

İqtisadiyyat

Bakıda maaşlar artıb

Bakı şəhəri üzrə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı açıqlanıb. XəbərAl.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. Belə ki, 2020-ci ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 924,4 manat təşkil edib. Bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 8,1 faiz çoxdur.