Şou-Biznes

Xatirə etiraz etdi: Virus yalnız bəy və gəlinə tərəf gəlir

Sharing is caring!

“Virus yalnız bəy və gəlinə tərəf gəlir. Onunku ancaq bəylə gəlindir. Çalışın evlənməyin”.

XəbərAl.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam toyların keçirilməməsi barədə kinayəli şəkildə yazıb.

İfaçı market, restoran və gözəllik salonlarında insanların çox olduğunu bildirib:

“Artıq məlum oldu ki, virus açıq mağazalara yox, kassasının qarşısı dolu olan marketlərə, gözəllik salonlarına, hətta gecə 12-dək işləyən restoranlara yox, yalnız bəy və gəlinə tərəf gəlir. Onunku ancaq bəylə gəlindir. Çalışın evlənməyin”.

Qeyd edək ki, Operativ Qərargahın qərarına əsasən 2020-ci ilin martından indiyə qədər ölkədə toyların və kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir