Sosial

Metro qapalı qalacaq, ictimai nəqliyyat həftəsonu işləməyəcək

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır. XəbərAl.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Cəmiyyət

Bu sahələrin fəaliyyəti bərpa olunur

Bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb. XəbərAl.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib. 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və […]

Ölkə

SMS icazə ləğv olunur

2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur. XəbərAl.az xəbər verir ki, […]

Bölgə

Qarabağdakı sülhməramlılar peyvənd olunur

Rusiya Sülhməramlı Kontingentinin hərbi tibb işçiləri Laçın dəhlizindəki müşahidə məntəqələrində və təmas xəttində sülhməramlıları peyvənd etməyə başlayıb. XəbərAl.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Qeyd edilib ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gün ərzində Xocavənd və Ağdərə bölgəsində mobil həkim briqadası 3 müşahidə məntəqəsində 100-ə yaxın hərbçini peyvənd edib.  Ümumilikdə, Qarabağa təxminən 2 […]

Təhsil

Operativ Qərargahdan məktəblərlə bağlı açıqlama

“Məktəblərin açılması ilə bağlı növbəti həftədə Təhsil Nazirliyi tərəfindən brifinq keçiriləcək”. XəbərAl.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu sahədə də müəyyən açılmalara gediləcək: “Bu barədə məlumatlar veriləcək”.

Dünya

Daha bir prezident peyvənd olunacaq – Foto

Boliviya prezidenti Luis Arsey də koronavirusa qarşı peyvənd olmağı seçən şəxslər sırasındadır. XəbərAl.az xəbər verir ki, ölkə başçısının mətbuat katibi Xorxe Rixter ay sonu ona Rusiyanın istehsal etdiyi “Sputnik V” peyvəndinin tətbiq olunacağını açıqlayıb. Qeyd edək ki, Luis Arsey və vitse-prezident David Çokeyuanka  ölkədə ilk peyvənd vurulan şəxslər sırasında olacaq.

Sosial

Azərbaycanda peyvəndləmədən imtina edənlərlə bağlı QƏRAR

Xəbər verdiyimiz kimi Azərbaycanda koronavirusa qarşı peyvəndləmə könüllü olacaq. XəbərAl.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, vaksinasiya könüllülük prinsipinə əsaslandığı üçün imtina olunacağı təqdirdə hər hansı inzibati tədbirin həyata keçirilməsi nəzərdə tutulmayıb.