İdman

“Qəbələ” ilk qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib. II dövrənin açılış oyununda “Qəbələ” və “Sabah” klubları üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən əyalət təmsilçisi 2020/2021 mövsümündə ilk qələbəsini qazanıb. Bu eyni zamanda qonaqların ardıcıl 5-ci məğlubiyyəti olub. Qəbələ şəhər stadionunda keçirilmiş görüşdə komandalar meydana üzərində “Biz Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq […]

Xarici siyasət

Türkiyənin Gəncədəki Baş konsulluğunda İzmir zəlzələsinin qurbanları anılıb

Türkiyənin Gəncədəki Baş konsulluğunda İzmirdə baş verən zəlzələnin qurbanları anılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş Konsulluğuna gələrək Egey bölgəsindəki zəlzələ ilə əlaqədar Baş konsul Zəki Öztürkə başsağlığı verib. Görüşdə Gəncədən olan millət vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov də iştirak ediblər. Niyazi Bayramov bildirilib ki, Türkiyənin Egey bölgəsində baş vermiş […]

Siyasət

Leyla Abdullayeva XİN rəhbərlərinin Cenevrə görüşündən danışdı: “Bundan sonra…”

“Cenevrə şəhərində Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin görüşündən sonra erməni silahlı qüvvələri Azərbaycanın hərbi birləşmələrini və yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutur”. milletinsesi.info-ın müxbirinin məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, Ermənistan özünün öhdəliklərinə, eləcə də, beynəlxalq vasitəçilərin əməyinə, səylərinə hörmətsizlik edir: “Azərbaycan […]

İqtisadiyyat

SOCAR: İzmirdəki zəlzələ STAR NEZ-in fəaliyyətinə təsir etməyib

“İzmir şəhərində baş verən zəlzələ episentrdən təxminən 120 kilometr şimalda yerləşən Əliağa yarımadasındakı SOCAR-ın STAR Neft Emalı Zavodunun fəaliyyətinə təsir etməyib”. Bu barədə Bloomberg agentliyinə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib. Qeyd edək ki, dünən Türkiyənin İzmir şəhərində 25 nəfərin ölümü, 804 nəfərin xəsarət alması ilə nəticələnən güclü zəlzələ baş verib. Xatırladaq ki, SOCAR-ın STAR Neft […]

Müharibə

Ali Məhkəmə beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı terrorunu qətiyyətlə pisləməyə çağırdı

27 və 28 oktyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının silahlı qüvvələri rəsmi olaraq elan edilmiş humanitar atəşkəs rejimini yenidən pozaraq “Smerç” yaylım atəşli reaktiv sistemdən və beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə fəal hərbi zonadan təxminən 40 kilometr aralıda yerləşən sıx məskunlaşmış əhalisi olan Azərbaycan Respublikasının Bərdə şəhərinə zərbələr endiriblər. Bu barədə Azərbaycan […]

Bölgə

Tərtər II Dünya Müharibəsindən sonra Avropanın ən çox bomba və raket atılan şəhəridir – RƏSMİ

“Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonları ağır artilleriya və digər atıcı silahlardan atəşə tutulub”. Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, bu gün səhər saat 06:00 radələrindən saat 12:00 radələrinə […]

Mədəniyyət

Məşhur aktyor Şon Konneri vəfat etdi

Məşhur britaniyalı aktyor, Ceyms Bond rolları ilə tanınan Şon Konneri vəfat edib. BBC-nin məlumatına görə, aktyorun 90 yaşı var idi. Onun ölüm səbəbləri hələ açıqlanmayıb. Qeyd edək ki, o, “Oskar” (1988), “BAFTA” (1988, 1990) və “Qızıl Qlobus” (1972, 1988) mükafatlarının laureatı olub. O, 1962-1983-cü illərdə Yan Fleminqin əsərlərinin ekranizasiyası olan Ceyms Bond haqqında 7 filmdə […]

Müharibə

Qarabağda PKK/YPG terrorçuları məhv edilir

Suriyanın şimalından Qarabağdakı döyüşlərdə iştirak etməyə gələn PKK/YPG terror təşkilatının üzvləri məhv edilir. Ordu.az-ın məlumatına görə, PKK-nın Suriya qanadı olan YPG terror təşkilatındakı qruplaşmaların birinin rəhbəri Fırat Piran Qarabağda həyata keçirilən əks-hücum əməliyyatları zamanı məhv edilib. Məlumata görə, o, PKK/YPG terrorçularının Qarabağa gətirilməsi ilə də məşğul olub. Qeyd edək ki, Piran Suriyanın şimal-şərqində fəaliyyət göstərən […]

İdman

Kriştianu Ronaldu koronavirusdan sağaldı

“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu koronavirusdan sağalıb. Xəbəral.az xəbər verir ki, 35 yaşlı portuqaliyalının son testinin nəticəsi neqativ çıxıb. O, 19 gün müddətində ev şəraitində müalicə alıb. Turin klubunun rəsmi məlumatına görə, yaxın vaxtlarda Ronaldu komandaya qayıdacaq və məşq prosesini bərpa edəcək. Qeyd edək ki, Millətlər Liqası çərçivəsində keçiriləcək oyun üçün Portuqaliya yığmasının tərkibində Ronaldu […]

Dünya

Gürcüstanda parlament seçkilərinə səsvermə başlayıb

Gürcüstanda parlament seçkiləri üçün səsvermə başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılıb, səsvermə saat 20:00-a qədər davam edəcək. Bu barədə TASS xəbər yayıb. Respublikada parlament seçkiləri qarışıq sistemə görə keçirilir: 150 deputatdan 120-si proporsional, 30-u isə majoritar siyahıya görə seçiləcək. Seçkilərdə 48 partiya və iki blok iştirak edir. Seçki günü 52-si Gürcüstandan kənarda olmaqla, […]