İdman

Kriştianu Ronaldu koronavirusdan sağaldı

Sharing is caring!

“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu koronavirusdan sağalıb.

Xəbəral.az xəbər verir ki, 35 yaşlı portuqaliyalının son testinin nəticəsi neqativ çıxıb.

O, 19 gün müddətində ev şəraitində müalicə alıb. Turin klubunun rəsmi məlumatına görə, yaxın vaxtlarda Ronaldu komandaya qayıdacaq və məşq prosesini bərpa edəcək.

Qeyd edək ki, Millətlər Liqası çərçivəsində keçiriləcək oyun üçün Portuqaliya yığmasının tərkibində Ronaldu koronavirus testindən keçmiş və nəticəsi pozitiv çıxmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir