Cəmiyyət

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məluma yayıb

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı 2020-ci il oktyabrın 10-da Moskvada humanitar atəşkəs razılığının əldə edildiyi vaxtdan etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevin və digər səlahiyyətli şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin başçısı ilə görüşlərində Azərbaycan Respublikasının həlak […]

Müharibə

Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilində bilməlisən” – FOTO

Erməni Vahid Məlumat Mərkəzi könüllülərin seçimi barədə məlumat yayıb. Bunun üçün bir sıra tələblər irəli sürülüb. Maraqlı burasındadır ki, könüllü işləmək istəyənlərdən Azərbaycan dilini bilmək də tələb olunur. Belə ki, könüllər rus, ingilis və Azərbaycan dillərini (ən pis halda, heç olmasa bunlardan biri – S.M.) yazılı şəkildə bilməlidir. Həmçinin, azərbaycanca sərbəst şəkildə bilən mütəxəssislərə ehtiyac […]

İqtisadiyyat

Vüsal Qasımlı: “Qarabağın sənaye istehsalı güclənəcək”

Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, Qarabağda dağ-mədən, metallurgiya, emal sənayesi, ərzaq istehsalı, elektrik enerjisi istehsalı, meşə sənayesi və kreativ sənayenin inkişafı imkanları var. Vüsal Qasımlının fikrincə, meşə sənayesinin və turizm industriyasının inkişafı üçün Kiçik Qafqazın dağlıq zonasının iri meşə massivi […]

AKTUAL

Prezident: “Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Cəhənnəmə getdi”

“Azərbaycan xalqının qanı yerdə qalmır və qalmayacaq. Son bir ayda Xocalı soyqırımını törədən cinayətkarlar artıq məhv edilib. Ədalət zəfər çaldı”. Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. Prezident qeyd edib ki, Azərbaycan xalqı mütləq öz torpaqlarına qayıdacaq: “Azərbaycanlılar Şuşaya, Xankəndiyə qayədacaq. Ermənistan əhalisi üçün şərait yaradılır. Yavaş-yavaş bir yerdə yaşamağa öyrənməliyik. […]

Siyasət

Prezident: “Beş rayonun azad edilməsi deyilirdi, artıq onun dördü bizdədir”

“Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır. Ermənistan torpaqlarına girmirik. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızı bərpa edirik. ATƏT-in Minsk qrupunun həmsədrləri bunu etməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Biz Ermənistandan fərqli olaraq, heç kimdən kömək istəmirik. Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq”. Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa […]

Cəmiyyət

Azərbaycan BMT-yə 75 illiyi münasibətilə jest edib – FOTO

“Azərmarka” MMC tərəfindən Azərbaycanda BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata əsasən, markanın üzərində 75 rəqəmi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında ucaldılmış “Zorakılığa yox” adlı heykəl formasında təsvir edilib. Belarus Respublikasının Bobruysk şəhərində 5 min tirajla çap olunan markanın müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.  

Gündəm

Ali Baş Komandan işğaldan azad edilən əraziləri açıqladı

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin adlaerını açıqlayıb. Ali Baş komandan Azərbaycan xalqına müraciətində siyahını təqdim edib: “Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Kürdlər, Dağ Maşanlı , Çələbilər, Kürdlər, Hovuslu, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çay Tumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri işğaldan azad edilib”.

Cəmiyyət

DİN-dən əhaliyə sayıq olmaqla bağlı XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib. Nazirliyin mətbuat xidmətindən daxil olan müraciətdə deyilir: “Ermənistanın dövlət səviyyəsində terror siyasətini dəstəklədiyini, vaxtilə bizə qarşı çoxsaylı qanlı terror aktları törətdiyini unutmamalıyıq. Gündəlik həyat ritmini pozmadan və təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik!”

Siyasət

XİN-dən Ermənistanın yenidən atəşkəsi pozması ilə bağlı BƏYANAT

“Bu gün saat 08:05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub. Daha sonra Tərtər rayonunun Tərtər şəhəri və kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb”. Xarici işlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, növbəti, üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejiminə əhəmiyyət vermir və […]