Şou-Biznes

Model yeni sevgilisi ilə izləyicilərini təsirləndirdi – FOTO

Fil Dişi Sahili ölkəsindən olan model Yevdokisiya Yao yeni sevgilisi ilə fotolarını paylaşıb. Model Mussa Sandiana Kaba adlı musiqiçi ilə sevgili olduğunu şəxsi “Instagram” hesabında bəyan edib. O bildirib ki, yaxın vaxtlarda Kaba ilə evlənəcək. İzləyiciləri modelin seçimindən təsirləniblər. Belə ki, Kaba proregiya xəstəliyindən əziyyət çəkir. Progeriya çox nadir bir xəstəlik olub erkən yaşda qocalma […]

Siyasət

İlham Əliyev Bakıda 251 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır. […]

MARAQLI

Milçəyi öldürmək istədi, evi partlatdı

Yaşlı kişi milçəyi öldürmək istəyərkən təsadüfən evi partladıb. Xoşbəxtlikdən kişi sağ qalıb. “The Mirror”un məlumatına görə, tragikomik hadisə Fransada baş verib. Məlumata görə, 80 yaşlı kişi yemək yeməyə hazırlaşarkən milçəyin səsini eşidib. Bu səbəbdən o, elektrik milçəköldürən vasitəsilə həşəratı öldürmək istəyib. Bu zaman evdə partlayış olub. Hadisəyə səbəb kimi evdə qaz sızmasının olması göstərilib. Milçəköldürənin qığılcımı […]

Mədəniyyət

Jerar Depardye dini məzhəbini dəyişdi

Məşhur fransız aktyoru Jerar Depardye Rusiya vətəndaşlığını qəbul etdikdən bir neçə il sonra dini məzhəbini də dəyişib. Bu barədə “Valerus” nəşri məlumat yayıb. Bildirilib ki, Depardye xristianlığın provaslıq qolunu qəbul edib. Mərasim Parisin tarixi mərkəzində yerləşən Müqəddəs Aleksandr Nevski kilsəsində baş tutub. Kilsə nümayəndəsinin sözlərinə görə, mərasimdə artistin 30-a nəfərə yaxın dostları iştirak edib. O […]

Kriminal

Bakı sakinindən külli miqdarda heroin götürüldü

Bakının Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində iki kiloqram yarım heroin götürülüb. XəbərAl.Az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Əməliyyatçılar Mirmahmud Kazimovski küçəsində yaşayan 1981-ci il təvəllüdlü Elman Babayevi saxlayıblar. Onun mənzilində aparılan axtarış zamanı 2 kq 460 qram heroin aşkar edilərək götürülüb. Həmin şəxsin üzərindən psixotrop dərman – metamfetamin də tapılıb. […]

İdman

Kiprli futbolçu Azərbaycanla oyun barədə: “Qorxmamalıyıq”

Futbol üzrə Kipr millisinin belçikalı baş məşqçisi Yohan Valem və futbolçusu Konstantinos Laifis UEFA Millətlər Liqası çərçivəsində sabah Azərbaycan yığması ilə oyun öncəsi mətbuat konfransına çıxıb. Kipr Futbol Assosiasiyasının saytı hər iki şəxsin fikirlərini təqdim edib. Yohan Valem: “Monteneqrodan məğlubiyyət almağımıza baxmayaraq, komandamda Azərbaycanla matçda saxlamağa çalışacağımız bəzi müsbət məqamlar gördüm. Bizi indi başqa oyun gözləyir. […]

İqtisadiyyat

Dünyanın ən zəngin neft şirkəti səhmlərini satışa çıxara bilər

Koronavirus pandemiyası enerji sənayesinə böyük təsir göstərib və aparıcı oyunçuları bizneslərini dəyişdirməyə məcbur edib. CNN xəbər verir ki, bunlara dünyanın ən böyük və zəngin neft istehsalçısı olan “Saudi Aramco” da daxildir. Xammal qiymətlərinin çökməsi və tələbin azalması səbəbindən şirkət görünməmiş bir addım ata bilər: bir çox layihədən imtina edib səhmlərinin bir hissəsini satmaq. Neftin qiyməti […]

Şou-Biznes

Rihanna son halı ilə sevənlərini qorxutdu – FOTO

Ötən ay İngiltərənin ən zəngin qadın musiqiçisi adını qazanan Rihannanın son halı sevənlərini qorxudub. “Haber Global”ın məlumatına görə müğənni ötən axşam Santa Monika şəhərində gəzinti zamanı müxbirlərin kameralarına tuş gəlib. O diqqət çəkməməsi üçün eynək taxsa da, jurnalistlərdən gizlənə bilməyib. Rihannanın üzündəki ləkələr isə sevənlərini qorxudub. Müğənninin köməkçisi bildirib ki, o, skuterdən yıxılıb və üzündəki […]

Təhsil

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatır

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatır. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat prosesi bu gün saat 23:59-dək davam edəcək. Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II […]