Mədəniyyət

Jerar Depardye dini məzhəbini dəyişdi

Sharing is caring!

Məşhur fransız aktyoru Jerar Depardye Rusiya vətəndaşlığını qəbul etdikdən bir neçə il sonra dini məzhəbini də dəyişib.

Bu barədə “Valerus” nəşri məlumat yayıb.

Bildirilib ki, Depardye xristianlığın provaslıq qolunu qəbul edib. Mərasim Parisin tarixi mərkəzində yerləşən Müqəddəs Aleksandr Nevski kilsəsində baş tutub.

Kilsə nümayəndəsinin sözlərinə görə, mərasimdə artistin 30-a nəfərə yaxın dostları iştirak edib. O qeyd edib ki, Depardyenin vəftiz zamanı aldığı adı açıqlaya bilməz.

Qeyd edək ki, 71 yaşlı Depardye karyerası boyu 200 filmdə çəkilib, teatr tamaşalarında oynayıb. O, “Qızıl qlobus” da daxil olmaqla, müxtəlif mükafatlara layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir