İdman

Kiprli futbolçu Azərbaycanla oyun barədə: “Qorxmamalıyıq”

Sharing is caring!

Futbol üzrə Kipr millisinin belçikalı baş məşqçisi Yohan Valem və futbolçusu Konstantinos Laifis UEFA Millətlər Liqası çərçivəsində sabah Azərbaycan yığması ilə oyun öncəsi mətbuat konfransına çıxıb.

Kipr Futbol Assosiasiyasının saytı hər iki şəxsin fikirlərini təqdim edib.

Yohan Valem: “Monteneqrodan məğlubiyyət almağımıza baxmayaraq, komandamda Azərbaycanla matçda saxlamağa çalışacağımız bəzi müsbət məqamlar gördüm. Bizi indi başqa oyun gözləyir. Qələbə qazanmaq istəyirik və onlara qalib gəlməyə çalışacağıq.

Nəticəyə laqeyd qalmadan gələcəyi qururuq. Futbolda həmişə qələbə üçün oynayırsan, alınsa, bu, bizə bir çox səviyyədə kömək edəcək. Monteneqroya məğlubiyyətdən sonra paltardəyişmə otağında gördüyüm məyusluq komandamın zehniyyəti haqqında çox şey söyləyir”.

Konstantinos Laifis: “Milli komandada bir çox keyfiyyətlər var. Hamımızın kömək və dəstəyimizə ehtiyacı olan bir neçə gənc oyunçu mövcuddur. Milli komandaya hazır gəlmək üçün onların komandalarında oynamaları da vacibdir. Sabah biz qorxmamalıyıq. Qələbə qazana biləcəyimizə inanmalıyıq. Daha təcrübəlilər gənclərə kömək etməli və hər şeyi birlikdə bacarmalıyıq”.

Qeyd edək ki, Kipr – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir