Dünya

Daşqınlar Şimali Koreyanın nüvə obyektinə zərər vurub

Peyk görüntüləri Şimali Koreyada baş verən daşqınlardan sonra Yonben mahalında yerləşən nüvə obyektinə qoşulmuş nasos stansiyalarına zərər dəydiyini təsdiq edir. Xeberal.Az xəbər verir ki, bu barədə Şimali Koreya ilə əlaqədar xəbərləri dərc edən “38 North” agentliyi məlumat yayıb. Peyk görüntülərini təhlil edən mütəxəssislər iddia edir ki, nüvə obyektinə qoşulmuş iki nasos stansiyası su altında qalıb.

Siyasət

İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hakan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan […]

Kriminal

Bakıda kişi naməlum şəraitdə bıçaqlandı

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Xeberal.Az xəbər verir ki, hadisə Xutor qəsəbəsi 15 ünvanında qeydə alınıb. 1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Adil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 nömrəli şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o, komatoz vəziyyətindədir. Fakt Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

İqtisadiyyat

Azərbaycanın ən çox mal satdığı və mal aldığı ölkələr – SİYAHI

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 155 ölkədən idxal olunub. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş […]

Cəmiyyət

Azərbaycanda nazirdən yüksək vəzifələrə TƏYİNATLAR – FOTO

İqtisadiyyat Nazirliyində yeni kadr təyinatları aparılıb. Nazirlikdən verilən məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Allahverdi Paşayev İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib. Qeyd edək ki, Allahverdi Paşayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin may ayından yeni vəzifəyə təyin edilənədək isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin […]

Şou-Biznes

Boşandığı deyilən cütlükdən ilk açıqlama Kənandan gəldi: “Başını ağrıtma… “

Artıq iki gündür ki, əməkdar artist Aybəniz Haşımovanın blogger qızı Aynişanın yenicə evləndiyi həyat yoldaşı Kənan Əliyevdən boşandığı haqda məlumatlar yayılır. Cütlüyün “İnstagram”da bir-birilərini izləmədən çıxarması, birlikdə olan fotolarını silməsi bu şayiələri daha da alovlandırıb. Nəhayət ki, bu barədə cütlüklərdən ilk paylaşım fitness məşqçisi olan Kənan Əliyevdən gəlib. O, qeyd edib: “Başını ağrıtma lazımsız yerə. […]

Cəmiyyət

Yeni icra başçısı baş redaktora qarşı-Bizimxeber.az üç min manat cərimələndi

Neftçala Rayon İcra hakimiyyətinin başçısı Mirhəsən Seyidov Bizimxeber.az saytını 3000 manat cərimələdib. Xəberal.Az xəbər verir ki, bu barədə Yenisabah.az-a saytın baş redaktoru Ədil Hüseynli məlumat verib. Onun sözlərinə görə, Mirhəsən Seyidov icra başçısı vəzifəsinə yeni təyin ediləndə barəsində tənqidi yazı verilib. “Sonradan icra hakimiyyətinə yaxın şəxslər zəng vuraraq yazıda qaldırılan problemin həllini tapacağını bildirdilər və […]