Cəmiyyət

“Məhkumlar arasında koronavirusa yoluxma yoxdur” – Penitensiar Xidmət

“Şəxsi heyət, penitensiar müəssisələrdə saxlanılan məhkum və həbs edilmiş şəxslər arasında koronavirus infeksiyasına yoluxma halları qeydə alınmayıb”. Bu barədə “Qafqazinfo”ya Penitensiar Xidmətdən məlumat verilib. Məlumatda bildirilir ki, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının vaxtında alınması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin müəssisələrində və digər struktur qurumlarında kompleks profilaktiki tədbirlər həyata keçirilir. Bu müəssisələrə daxil olan […]

Cəmiyyət

Rayondan gələn maşınlar postlardan belə qaytarılır – Video

Xəbər verdiyimiz kimi, gecə saat 00:00-dan etibarən rayon qeydiyyatında olan şəxslərin Bakı, Sumqayıt və Abşeron rayonuna girişinin qadağan olunmasının icrasına başlanılıb. Artıq xüsusi qurulan postlarda saxlanılaraq geri qaytarılan maşınların sayı minlərlədir. Dövlət Yol Polisi əməkdaşı Qalib Bayramov bildirib ki, əmrə tabe olmayan sürücülər olmasa da, xeyli sayda narazılıq edənlər olur. “Qafqazinfo” Baku TV-yə istinadən Bakıya […]

Siyasət

Koronavirus rejimini pozanlar 5 ilədək həbs edilə bilər

Azərbaycan Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliyi təsdiqləyib.  “Qafqazinfo” xəbər verir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə […]

Siyasət

Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanlı tələbələr Rusiyadan vətənə gətirildi

Koronavirus (COVİD-19) infeksiyasının dünyada pandemiya halını aldığı və ölkələrin bununla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər gördüyü, o cümlədən təhsil müəssisələrində tədrisin dayandırıldığı məlumdur. Bu xüsusda, Rusiyanın müxtəlif ali təhsil müəssisələrinin tələbə yataqxanalarının karantinə bağlanması ilə əlaqədar bu şəhərdə təhsil alan bəzi azərbaycanlı tələbələr yaşayış yeri problemi ilə üzləşiblər. Bu mürəkkəb vəziyyətlə qarşılaşan tələbələrimizin müraciətlərini nəzərə […]