İdman Manşetüstü

Bu gün Azərbaycan millisi Macarıstanla qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək. XəbərAl.az-ın  məlumatına görə, rəqib Macarıstan millisi olacaq. Budapeştdəki “Groupama Arena”da təşkil olunacaq qarşılaşmanı Dennis Yohan Higlerin rəhbərliyi altında hollandiyalı hakimlər briqadası idarə edəcək. Bu iki komanda arasında 6-cı qarşılaşma olacaq. Əvvəlki 5 matçın hamısında Macarıstan qələbə qazanıb. Üstəlik, rəqib ən azı 3 qol […]

manset Siyasət

Türkiyə prezidenti Azərbaycana səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. XəbərAl.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının saytında məlumat yerləşdirilib. Qeyd olunub ki, Türkiyə lideri 14 oktyabrda Türk Şurasının Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək. Qeyd edək ki, Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilib. […]

Dünya manset

Türk ordusu 490 terrorçunu məhv etdi – Ərdoğan

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Sülh çeşməsi” əməliyyatı nəticəsində 490 terrorçu öldürülüb. XəbərAl.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğanın sözlərinə görə, Türkiyənin sərhəd bölgələrinin terrorçular tərəfindən atəşə tutulması nəticəsində 18 nəfər həlak olub, 147 nəfər yaralanıb.

Cəmiyyət manset

GƏNCƏDƏ ORTA MƏKTƏBLƏRİNDƏ PUL YIĞILIR

XəbərAl.az xəbər verir ki,məlumdur ki,bu yaxınlarda Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktorunun müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılmışdır. Bununla əlaqədar olaraq, oktyabrın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və Təhsil nazirliyinin digər struktur bölmə rəhbərləri məsələnin yerində araşdırılması üçün qeyd olunan […]

manset Region

“Barış pınarı”: Suriyada 480 terrorçu məhv edilib – YENİLƏNİB-3

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 480 terroçusu zərərsizləşdirilib. XəbərAl.az  “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu […]

Dünya manset

London polisi 63 yaşlı Belçika şahzadəsini saxlayıb

London polisi Trafalqar meydanında ekoloji etirazda iştirak edən Belçika şahzadəsi Esmeraldanı saxlayıb. XəbərAl.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Məlumata görə, 63 yaşlı şahzadə beş saat polis idarəsində saxlanılıb və ona qarşı hər hansı bir ittiham sürülmədən sərbəst buraxılıb. Qeyd olunub ki, şahzadə qlobal istiləşmə ilə mübarizə aparan ekoloji hərəkatın oturma […]

İdman manset

Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev şahmatçı Aydın Süleymanlıya təbrik məktubu ünvanlayıb. XəbərAl.az xəbər verir ki, məktubda deyilir: “Əziz Aydın, Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm. Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını […]

Cəmiyyət manset

Sabahın hava proqnozu açıqlanıb

Oktyabrın 14-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan XəbərAl.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında Yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-26° isti, Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 773 […]

İdman manset

Birinci vitse-prezident Mehriban Əliyeva Aydın Süleymanlını dünya çempionu olması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva yeniyetmə şahmatçımız Aydın Süleymanlını Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında qalib olması münasibətilə təbrik edib. XəbərAl.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir: “Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar […]