Hadisə manset

İsmayıllıda toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 33 nəfər xəstəxanalıq oldu

Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib. Səhər saat 9:30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir. Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini İsmayıllının […]

Hadisə manset

Terrorçuluğa dəstəkdə günahlandırılan azərbaycanlı beynəlxalq axtarışa verildi

İnterpol daha bir azərbaycanlı barədə beynəlxaq axtarış elan edib. 1992-ci ildə Qax rayonunun Güllük kəndində anadan olan Elnur Rəcəboğlu terror qruplaşmasına dəstək verməkdə təqsirləndirilir. 27 yaşlı azərbaycanlı barədə Azərbaycanın istintaq orqanı cinayət işi başlasa da, o, istintaqdan yayınıb. Məhkəmə E.Rəcəboğlu barədə həbs qəti imkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. Həmin qərar əsasında “İnterpol” E.Rəcəboğlu […]

Dünya Manşetüstü

Məşhur rejissor: “Rusiya həmişə günahkardır…” – Şok monoloq

XəbərAl.az məşhur rejissor Andrey Konçalovskinin “Rossiyskaya Qazeta”da dərc olunmuş monoloq-yazısını təqdim edir. Ölüm haqqında düşünməmək qeyri-mümkündür; yaş üstünə yaş gəldikdə, hətta zəruridir. Ömrə davam etdikcə, özündə sonsuz olmayan nəsnəni daha böyük maraqla dərk edirsən. Sənin təzahür edən və zahirə çıxmayan mahiyyətin sonsuz deyil. Biz, axı, hansı həddə kimi öldüymüzü bilmirik. Düşünürəm orada, xəttin arxasında əbədi […]

Cəmiyyət Manşetüstü

Putin Rafael Hüseynova medal verdi

Rusiya prezident Vladimir Putin soydaşımız, Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovu ikinci dərəcəli “Vətən qarşısında xidmətlərə görə” medalı ilə təltif edib. Rafael Hüseynov 1949-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsində, Paris Sorbon Universitetində təhsil alıb. “Molodyoj Azerbaycana”, “Komsomolskaya Pravda”, “Trud” və digər qəzetlərdə, ölkəmizin Rusiyadakı səfirliyində işləyib. Rusiyanın Əməkdar mədəniyyət işçisidir. (Azərtac)

manset Siyasət

Mehriban Əliyevaya təbriklər gəlməkdə davam edir

Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Dariqa Nazarbayeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib. XəbərAl.az məktubun mətnini təqdim edir: “Hörmətli Mehriban Arif qızı. Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Yüksək peşəkarlıq və insani keyfiyyətləriniz, böyük idarəçilik və siyasi təcrübəniz Sizə təkcə öz ölkənizdə deyil, onun hüdudlarından kənarda da layiqli nüfuz qazandırıb. […]

Hadisə Manşetüstü

Şəkidə toyda 21 nəfər zəhərləndi

Şəkidə toyda kütləvi zəhərlənmə olub. Səhiyyə Nazirliyindən XəbərAl.az-a verilən məluamat görə, rayonun Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Qeyd edək ki, bağırsaq disbakteriozu – bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının […]

Hadisə Manşetüstü

Qaxda meşə zolağında yanğın söndürüldü – Yeniləndi

Qax rayonunda meşə zolağında yanğın baş verib. XəbərAl.az-ın məlumatına görə, yanğın bu gün axşam saatlarında rayonun Süskənd və Fısdıqlı kəndlərinin yaxınlığında, həmin kəndlərə gedən yolun ətrafında baş verib. Əraziyə Qax rayon dövlət yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində meşəlik zolağında quru kol-kos və bəzi yerlərdə ağaclar yanıb. Yarım […]

İdman Manşetüstü

“Qarabağ”ın davam, ya tamam matçını bu hakim idarə edəcək

“Qarabağ”ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın “Linfild” komandasına qarşı keçirəcəyi play-off mərhələsinin cavab görüşü üçün hakim təyinatları açıqlanıb. “Qarabağ” futbol komandasının mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, oyunun baş hakimi Rusiya Futbol Federasiyasından Sergey İvanov olacaq. Baş hakimə həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin dördüncü hakim, lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı […]

manset Siyasət

Bakıdan İrəvana: Qərar verin, ya sülh, ya da… – Sərt bəyanat

Avqustun 27-də Ermənistan Respublikasının xarici işlər naziri bu ölkə XİN-in mərkəzi aparatının, habelə diplomatik və konsulluq nümayəndəliklərinin rəhbərləri qarşısında çıxış edərək, Azərbaycanın ünvanına tamamilə reallıqdan uzaq və danışıqların mahiyyətinə uyğun olmayan iddialar səsləndirib. XəbərAl.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. “Bununla əlaqədar bir daha vurğulamaq istərdik ki, Dağlıq Qarabağ […]

Dünya manset

YPG qərar verdi: Türkiyə ilə sərhəddən geri çəkilir

YPG Suriya ilə Türkiyə sərhədindəki ağır silahlarını Vaşinqton-Ankara razılaşması çərçivəsində yaradılacaq təhlükəsizlik zonasıyla əlaqədar geri çəkib. XəbərAl.az  xəbər verir ki, bunu Suriya Kürd Muxtar Administrasiyası yayıb. “24 avqustda Ras əl-Ayn rayonundakı beton bloklar yığışdırılıb, YPG qüvvələri rayondan geri çəkilib, ağır silahlar yeni mövqelərə yerləşdirilib, sərhəd-keçid məntəqələri yeni qüvvələrə verilib. Eyni addımlar 26 avqustda Tel-Abyadda da […]