Kriminal Manşetüstü

Ramanada gənc oğlanın boğazını kəsdilər

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. XəbərAl.az xəbər verir ki, rayonun Ramana qəsəbəsində 1994-cü il təvəllüdlü Bəhram Dilanlı naməlum şəxslə mübahisə edib. Onların mübahisəsi davaya çevrilib. Naməlum şəxs Bəhram Dilanlının boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Baş Cinayət Axtarışı İdarəsi və […]

Dünya Manşetüstü

50 dollara görə 36 il həbs cəzası alan şəxsin azadlıqda – İlk sözü

1983-cü ildə çörək sexindən 50 dollar oğurlayan və buna görə ömürlük həbs edilən məhkum 36 ildən sonra azadlığa buraxılıb. XəbərAl.az xəbər verir ki, Alvin Kennard adlı məhkum həbs edilərkən 22 yaşında olub. Məhkum 36 ildən sonra azadlığa buraxılması üçün müraciət edib və onun müraciəti araşdırıldıqdan sonra müsbət qərar qəbul olunub. Qeyd edilir ki, Kennard qanunun […]

Dünya Manşetüstü

Donetskdə Zaxarçenkonun büstü qoyuldu

Donetsk separatçılarının ilk lideri Aleksey Zaxarçenkoya ölümünün ildönümü münasibətilə Qəhrəmanlar xiyabanında büst qoyulub. XəbərAl.az xəbər verir ki, bu barədə RİA yazıb. Büstün açılışı ilə bağlı təşkil olunan mərasimdə qondarma respublikanın rəsmiləri, Zaxarçenkonun yaxınları, Rusiya Dövlət Dumasının nümayəndələri, Cənubi Osetiya və Abxaziya rəsmiləri iştirak ediblər.

Dünya Manşetüstü

Milyonlarla insan vətəndaşlıqdan çıxarıldı

Hindistanın şimal-şərq bölgəsindəki Assam əyalətində 1,9 milyon insan vətəndaşlıqdan çıxarılıb. XəbərAl.az  BBC-yə istinadən xəbər verir ki, vətəndaşlıqdan çıxarılanların mühacirlərdir. Hindistanın Milli Vətəndaşlıq Siyahısına düşməyənlərin 120 gün ərzində etiraz etmək haqqı var. Sonrakı prosesdə nəticənin necə olacağı məlum deyil. Hindistan bu prosesdən Banqladeşdən qeyri-qanuni gələn mühacirləri müəyyənləşdirmək məqsədi üçün istifadə edir. Rəsmi Dehli hazırda əyalət həbsxanalarında […]

Dünya manset

Kennedinin qatili həbsxanada bıçaqlandı

Amerikalı senator və prezidentliyə namizəd Robert F. Kennedinin ömürlük cəzaya məhkum edilən qatili, fələstinli Sərxan Sərxan Kaliforniyadakı həbsxanada bıçaqlanıb. XəbərAl.az-ın məlumatına görə, yaralı halda aşkar edilən 75 yaşlı qatil xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir. Xatırladaq ki, ABŞ-ın sui-qəsd nəticəsində öldürülmüş prezidenti Con Kennedinin qardaşı Robert Kennediyə Los-Ancelesdə 1968-ci ildə təşviqat kampaniyası zamanı hücum edilib. Onun qatili […]

Kriminal Manşetüstü

Salyanda parkda bıçaqlanma

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektindəki Füzuli parkında baş verib. Rayon sakini Ramin Mahmudov həmin parkda tanışı Ələkbərov Məhərrəm Zəhmət oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Mahmudov çayxanadan götürdüyü bıçaqla M.Ələkbərovun kürək və qarın nahiyəsindən iki bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı Salyan rayon Polis […]

Dünya manset

Pəncə-3 hesabatı: Terrorçuların tələsi boşa çıxdı

Türkiyə Silahlı Qüvvələri Pəncə-3 əməliyyatı çərçivəsində terrorçulara məxsus silah mövqeləri və sığınacaqları məhv edib. XəbərAl.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb. Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat çərçivəsində terrorçular tərəfindən kustar üsulla hazırlanmış çox sayda partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

Cəmiyyət manset

Vasif Talıbovun oğlu Heydər Əliyevin nadir fotosunu paylaşdı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov Heydər Əliyevin rusiyalı jurnalistlərlə çəkilən nadir fotosunu paylaşıb. XəbərAl.az xəbər verir ki, R.Talıbov İnstaqram hesabında sözügedən fotonu paylaşaraq, onun 1991-ci ildə Naxçıvanda çəkildiyini qeyd edib. “Rusiyadan gələn jurnalistlərlə görüş. Mən də evdə maraqla izləyirəm”, -Talıbov bildirib.

Hadisə Manşetüstü

Bakıda “Lallar fabriki”ndə qanlı dava

Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. XəbərAl.az xəbər verir ki, hadisə 1-ci Mədən, 18 saylı korpus, “Lallar fabriki” deyilən ərazidə baş verib. Belə ki, Cəfərov Taleh Firudin oğlu məhəllədə keçmiş tanışı Xankişiyev Ayxan Rövşən oğlu ilə aralarında yaşanan mübahisə zəminində üzərindəki bıçaqla ona döş qəfəsinin sol nahiyəsindən xəsarət yetirib. Yaralı dərhal 1 saylı Kliniki […]