Cəmiyyət Manşetüstü

Erməni tərəfi snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 19 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində, snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub. Bu barədə XəbərAl.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun […]

Hadisə Manşetüstü

Tovuzda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb

Tovuz rayonunda 22 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb. XəbərAl.az-ın məlumatına görə, rayonun Hunanlar kənd sakini, 1997-ci il təvəllüdlü İsmayıl Məmmədovu bıçaqlayan həmkəndlisi 34 yaşlı Məhərrəm Tağıyev saxlanılıb. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Hadisə Manşetüstü

Azərbaycanlı tələbə Gürcüstanda suda boğuldu

Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub. APA-nın məlumatına görə, qonşu ölkədə ali təhsil alan, Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1997-ci il təvəllüdlü Şahin Sudabəy oğlu Əliyev ötən gün Gürcüstan ərazisində çimərkən suda boğularaq ölüb. Tələbənin meyiti ötən gün axşam doğulduğu kəndə gətirilib. Onun bu gün dəfn ediləcəyi bildirilir.

Cəmiyyət manset

Təhsil nazirindən yeni təyinat

Oğuz rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub. XəbərAl.az xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bu vəzifəyə Məcidov Anar Rafiq oğlu təyinat alıb. Qeyd edək ki, A.Məcidov bundan öncə Oğuz rayon, Emin Abdullayev adına 2 №-li tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Dünya Manşetüstü

Böhran yaradan İran tankeri Türkiyə limanına doğru… – Son xəbər

Vaşinqtonla Tehran arasında ciddi böhrana yol açan İran tankeri hazırda Türkiyənin Mersin limanına doğru hərəkət edir. XəbərAl.az xəbər verir ki, “Adrian Darya 1” adlı tankerin hazırda Aralıq dənizinin cənub sularında olduğu ehtimal olunur. Qeyd edək ki, Avropa Birliyi “Adrian Darya 1” tankeri Brüsselin sanksiyalarını yararaq Suriyaya neft daşıdığına görə saxlamışdı. Ötən həftə gəminin sərbəst buraxılacağı […]

İdman Manşetüstü

“Barselona” “Yuventus”un futbolçusunu alır – 60 milyon avroya

“Barselona” növbəti transferini həyata keçirməyə yaxındır. XəbərAl.az  xəbər verir ki, Kataloniya klubu Rodriqo Bentankurun transferi ilə bağlı “Yuventus”la razılığa gəlib. Razılığa əsasən, 22 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro təzminat ödəniləcək. Transfer gerçəkləşəcəyi təqdirdə, bu məbləğin yarısı R.Bentankurun sabiq klubu “Boka Xuniors”a ödəniləcək.Çünki oyunçunun transfer hüquqlarının 50 faizi Argentina təmsilçisinə məxsusdur. Qeyd edək ki, Bentankur […]

Dünya manset

Mən yaşadıqca Xəzərin bir damcısını da ala bilməzsiz! – Zərif

Mən sağ olduğum müddət ərzində heç kim İranın əlindən Xəzər dənizinin bir damcısını belə almağa cəsarət edə bilməz. XəbərAl.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Norveçdə İran diasporasının nümayəndələri ilə görüşü zamanı deyib. “İran müharibə və sanksiyalar yaşayan ölkədir, hansı ki, son 40 il ərzində onu heç bir xarici ölkə […]

Dünya Manşetüstü

Avropa dəhşətli müharibə meydanına çevrilir – ŞOK SƏNƏD

ABŞ Avropada Rusiya ilə mümkün genişmiqyaslı münaqişəylə Avropa İttifaqını hədələyəcək. XəbərAl.az  xəbər verir ki, bunu “Russia Today” ilə söhbətində Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin eksperti Konstantin Bloxin bildirib. “Avropa Birləşmiş Ştatlar və Rusiya arasında hərbi hərəkət teatrına çevrilir. Görünür ki, amerikalılar Avropanı onun ərazisində genişmiqyaslı münaqişənin başlanması riski ilə şantaj edəcəklər”, – o deyib. […]

İqtisadiyyat Manşetüstü

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 22-də 63,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,94 dollar/barel azdır. XəbərAl.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,91 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS […]