İdman Manşetüstü

“Barselona” “Yuventus”un futbolçusunu alır – 60 milyon avroya

Sharing is caring!

“Barselona” növbəti transferini həyata keçirməyə yaxındır.

XəbərAl.az  xəbər verir ki, Kataloniya klubu Rodriqo Bentankurun transferi ilə bağlı “Yuventus”la razılığa gəlib. Razılığa əsasən, 22 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro təzminat ödəniləcək.

Transfer gerçəkləşəcəyi təqdirdə, bu məbləğin yarısı R.Bentankurun sabiq klubu “Boka Xuniors”a ödəniləcək.Çünki oyunçunun transfer hüquqlarının 50 faizi Argentina təmsilçisinə məxsusdur.

Qeyd edək ki, Bentankur 2017-ci ildə 12.5 milyon avroya “Boka Xuniors”dan Turin təmsilçisinə keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir