İdman Manşetüstü

“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlandı

“Qarabağ”ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın “Linfild” komandasına qarşı keçirəcəyi pley-off mərhələsinin cavab görüşü üçün hakim təyinatlari açıqlanıb. XəbərAl.az klubun rəsmi saytına istinadla xəbər verir ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma rusiyalı hakimlər briqadasına həvalə edilib. Oyunun baş hakimi Sergey İvanov olacaq. Ona həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. […]

Hadisə Manşetüstü

Bakı-Quba yolunda qəza – xəsarət alanlar var

Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Quba yolunun 110-cu kilometrliyində Şabran rayonunun Ağbaş kəndi ərazisində hərəkətdə olan iki minik avtomobili toqquşub. Nəticədə, avtomobillərdə olan 1959-cu il təvəllüdlü Ələm Bəhman oğlu Azayev, 1959-cu il təvəllüdlü İlham Gülümbala oğlu Gülmirzəyev və 1964-cü il təvəllüdlü Azayeva Aidə Dünyamalı qızı müxtəlif dərəcəli bədən xəsarətlərilə Siyəzən Regional Diaqnostika […]

Kriminal Manşetüstü

Parkda sevgilisini öldürən qadının — MƏHKƏMƏSİ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir. XəbərAl.az “Ölkə.Az”a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi avqust ayının 28-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib. Abşeron rayonunun Xırdalan şəhər sakini, […]

Manşetüstü Sosial

Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurdu – FOTO

Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurub. Respublikanın şimal zonasında axşam saatlarında əsən güclü külək ağaclardakı meyvələri yerə töküb. Güclü külək Quba və Xaçmaz rayonlarında, həmçinin Xudat şəhərində meyvə bağlarında və fərdi təsərrüfatların ağaclarındakı meyvələri yerə tökməklə yanaşı, ağacların budaqlarını da zədələyib. Qeyd edək ki, əksər meyvələr payız aylarında yetişir. Bunlardan qoz, alma, […]

Hadisə Manşetüstü

Ukrayna vətəndaşından Bakı sakininə 160 min dollarlıq DƏLƏDUZLUQ

Ukrayna vətəndaşı Bakı sakininə qarşı dələduzluq edib. 39 yaşlı Fərid Pənahov qarşılaşdığı hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. F.Pənahov şikayətində bildirib ki, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 142-də yerləşən 58 saylı mənzili Ukrayna vətəndaşı Nina Krimişenkodan 160 min dollara alıb. O, pulu N.Krimişenkoya ödəyib. Lakin sonradan məum olub ki, mənzil 1980-ci il təvəllüdlü […]

Cəmiyyət manset

YAP-ın zona müşavirəsi keçirildi – FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib. YAP-dan XəbərAl.az-a verilən məlumata görə, müşavirə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək Ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Çıxış edən Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident […]

Cəmiyyət manset

“Biz gənclərdən bunları gözləyirik” – Əli Əhmədov

“Biz gənclərimizə böyük inamla yanaşırıq, Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir.” XəbərAl.az xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüşdə deyib. Əli Əhmədov vurğulayıb ki, Azərbaycan Prezidenti apardığı siyasətdə həmişə gənclərə önəm verir: “Bu, […]

Cəmiyyət Manşetüstü

Bakıda ulduzların konserti olacaq

Avqustun 26-da saat 20:00-da Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək. Mərkəzdən XəbərAl.az-a verilən məlumata görə, konsertdə Moskavada yaşayan populyar azərbaycanlı ifaçı Jony, əməkdar artist Miri Yusif, tanınmış müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Rauf Əhmədov, reperlər Elşad Xose və Qurd tamaşaçılara maraqlı proqram təqdim edəcəklər.

Dünya Manşetüstü

Baş nazirdən daha bir qeyri-adi hərəkət – 70 yaşlı qadına…

İngiltərə baş naziri Boris Consonun 70 yaşlı xəstəyə şəxsən qulluq etməsi böyük maraqla qarşılanıb. XəbərAl.az xəbər verir ki, baş nazir Londonun cənubunda yerləşən Torbay xəstəxanasını ziyarət edib. Burada işləyənlərlə söhbətləşən Boris Conson xəstələr üçün hazırlanan yeməklərlə tanış olub, daha sonra 70 yaşlı Venona Pappi adlı xəstə qadına yeməyi şəxsən özü apararaq onunla söhbətləşib. Qeyd edək ki, […]

İdman Manşetüstü

Dünya çempionatında cüdoçularımızın rəqibləri məlum olub – FOTO

Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb. Azərbaycan Cüdo Federasiyasından XəbərAl.az-a verilən məlumata görə, püşkatma mərasimində Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dünya və qitə cüdo təşkilatlarının rəsmiləri, milli komandaların məşqçiləri, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Püşk nəticəsində milli komandamızın 7 qadın və 8 kişi idmançısının ilk rəqibləri müəyyənləşib. Belə ki, […]