İdman Manşetüstü

“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlandı

Sharing is caring!

“Qarabağ”ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın “Linfild” komandasına qarşı keçirəcəyi pley-off mərhələsinin cavab görüşü üçün hakim təyinatlari açıqlanıb.

XəbərAl.az klubun rəsmi saytına istinadla xəbər verir ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma rusiyalı hakimlər briqadasına həvalə edilib.

Oyunun baş hakimi Sergey İvanov olacaq. Ona həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin dördüncü hakim, lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcəklər.

Xatırladaq ki, cavab matçı saat 20:00-da başlayacaq. Belfast şəhərindəki ilk görüşdə “Linfild” qalib gəlib: 3:2.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir