Cəmiyyət Manşetüstü

Bu gün SON GÜNDÜR – XƏBƏRDARLIQ

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən XəbərAl.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər 27 avqust saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin […]

Cəmiyyət manset

Əli Əhmədov: Müxalifət partiyaları uğursuzluqlarının səbəblərini…

Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Trend-ə müsahibə verib. XəbərAl.az həmin müsahibəni təqdim edir: – Əli müəllim, qarşıdan bələdiyyə seçkiləri gəlir, ondan bir müddət sonra isə parlament seçkiləri keçiriləcək. Seçkilər yaxınlaşdıqca müxalifət seçkilər barəsində müxtəlif fikirlər, o cümlədən seçkilərin guya demokratik keçirilmədiyi haqda iddialar səsləndirməyə başlayıb. Sizcə seçki öncəsi […]

Hadisə Manşetüstü

FHN taxta bazarında baş verən yanğınla bağlı açıqlama yaydı

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında baş verən yanğınla bağlı növbəti məlumat yayıb. FHN-dən XəbərAl.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə, saat 00:40-da Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerinə ilkin […]

Dünya manset

Dünyanın gözü Moskvada: Ərdoğan Putindən bunu tələb edəcək

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə müzakirə aparacaq. XəbərAl.az türk mediasına istinadən xəbər verir ki, iki dövlət başçısı Suriyanın İdlib vilayətində baş verən son prosesləri müzakirə edəcək. Xatırladaq ki, ötən həftə İdlib ətrafında türk hərbi postuna doğru hərəkət edən konvoy vurulub. Bundan sonra Türkiyə XİN açıqlama yayaraq bu addıma görə […]

Hadisə Manşetüstü

Sabirabad sakinindən külli miqdarda narkotik götürülüb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Əsədli kənd sakini, 61 yaşlı Tarıverdi İmanov saxlanılıb. DİN mətbuat xidmətinin Şirvan regional qrupundan XəbərAl.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu […]

Hadisə Manşetüstü

Daşkəsəndə leysan və güclü külək fəsadlar törətdi

Daşkəsən rayonunda güclü külək və leysan yağış səbəbindən elektrik enerjisinin verilməsi dayanıb. XəbərAl.az ın məlumatına görə, leysan yağışla müşahidə olunan şimal-qərb küləyi bir neçə ağacın budaqlarını sındırıb, bəzi evlərin dam örtüyünü dağıdıb. Hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Hazırda rayon ərazisində kəskin hava şəraiti davam edir. Qeyd edək ki, Gəncə şəhəri və […]

Gündəm manset

Ermənistan snayper tüfənglərindən atəşkəsi pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Bu barədə XəbərAl.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy […]

Cəmiyyət manset

211 № məktəbin direktoru Həcər Mahmudova kimə belə güvənir?

Azərbaycan Respublikası 26.08.2019-cu il tarixində ümumtəhsil üzrə müəssisələrdə məktəbəqədər təhsil üzrə 5 yaşı tamam olan və 2014-cu ildə anadan olan uşaqların elektron qeydiyyatına start verilib. XəbərAl.az-ın məlumatına görə,Elektron qeydiyyat səhər saat 09:00-da başlamalı olduğu halda, saat 12:00-da başlamışdir. Lakin, sistem keyfiyyətsiz və düzgün işləmədiyindən valideyinlər uşaqları qeydiyyata sala bilməyiblər. Misal üçün Bakı şəhəri, Nəsimi rayonu, […]

Hadisə Manşetüstü

Ağsuda yenidən yanğın başladı

Ağsu rayonu ərazisində yenidən yanğın başlayıb. XəbərAl.az  xəbər verir ki, yanğın rayonun Girdə kəndinin dağlıq ərazisində qeydə alınıb. Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Qeyd edək ki, avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülmüşdü.