Hadisə Manşetüstü

Ağsuda yenidən yanğın başladı

Sharing is caring!

Ağsu rayonu ərazisində yenidən yanğın başlayıb.

XəbərAl.az  xəbər verir ki, yanğın rayonun Girdə kəndinin dağlıq ərazisində qeydə alınıb.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Qeyd edək ki, avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir