manset Siyasət

Nikolun həyasız bəyanatı: ABŞ-dan İrəvana mühüm zərbə…

Səfirlikdən “Amerikanın səsi”nə verilmiş cavabda diqqət həmsədrlərin bu ilin 9 mart tarixindəki bəyanatına yönəldilir. ABŞ son zamanlar cəbhədə baş verənlər və Paşinyanın Xankəndindəki bəyanatı ilə bağlı fikrini bildirmiş oldu. Bu isə o deməkdir ki, ətraf rayonların Azərbaycana qaytarılması, Qarabağın yekun statusuna aydınlıq gətirilməsi, Ermənistan və Qarabağ ərazisində dəhlizin açılması, bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi variantına üstünlük […]

manset Sosial

Bakıda dilənçilər azyaşlı uşaqları oğurlayır – Polisdən XƏBƏRDARLIQ

Bakı şəhər Baş Polis İdarəsi əhaliyə dilənçilərlə bağlı xəbərdarlıq edib. İdarədən XeberAl.az-a daxil olan məlumatda deyilir: “Paytaxtda dilənçilik həyat tərzi keçirən qadının azyaşlı uşaqları oğurlayaraq Bərdə rayonuna aparması cəmiyyət üçün kifayət qədər həyacanlı xəbər oldu. Polisin keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə azyaşlılar müəyyən olunaraq, ailəsinə təhvil verildi, ictimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü il təvəllüdlü […]

Cəmiyyət manset

Elnarə medalla təltif olundu-FOTO

  XeberAl.az xəbər verir ki,Müğənni Elnarə Xəlilova medala layiq görülüb. O, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibəti ilə general-polkovnik Elçin Quliyev tərəfindən yubiley medalı ilə təltif edilib. Qeyd edək ki, leytenant rütbəsi daşıyan Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin solistidir.

Cəmiyyət manset

Generala tüpürən şairimizin qol saatındakı sirr – 10 fakt

Bu gün mərhum xalq şairi Bəxtiyar Vahabzadənin 94 yaşı tamam olur. XeberAl.az  Bəxtiyar Vahabzadə ilə bağlı 10 maraqlı faktı təqdim edir: 1. Deyilənə görə, Bəxtiyar Vahabzadənin ögey qardaşı Mahmud Vahabzadə övladı olmadığı üçün onu övladlığa götürüb. 2. 1990-cı ildə 20 Yanvar hadisələri zamanı Bəxtiyar Vahabzadə xalqa divan tutan rus hərbçilərini təhqir edib və hətta generalın […]

Dünya manset

Almaniyada Paşinyana qarşı etiraz aksiyası keçirildi

Ermənistandakı mövcud ictimai-siyasi vəziyyətdən narazı olanlar ölkədaxili ilə bərabər, xaricdə də etirazlarını ifadə edirlər. Növbəti aksiya Ermənistanın Almaniyadaki səfirliyinin qarşısında keçirilib. Buraya toplaşan narazı kütlə “Xalqa azadlıq!”, “Məhkəmələrə sərbəstlik!” və “Paşinyan istefa!” deyə şüarlar səsləndiriblər. Səfirlik binası qarşısında etirazçıların fəal üzvlərindən olan Valeri Eprikyan deyib ki, toplaşmaqda əsas məqsədləri Avropanın müxtəlif qurumlarını Ermənistanda insanların üzləşdikləri haqsızlıqlar […]

Cəmiyyət Manşetüstü

DGK şirkətlərdən imtahan götürür – Foto

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti imtahanlar keçirilib. XeberAl.az xəbər verir ki, məqsəd gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. İmtahan prosesində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru […]

Hadisə Manşetüstü

Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb

Bakıda azyaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. XeberAl.az-ın məlumatına görə, Qaradağ rayonunda baş verən qəza zamanı 2011-ci il təvəllüdlü Ümid Rəşad oğlu Rzalı aldığı kəllə-beyin travması nəticəsində ölüb. Qəza zamanı Ü.Rzalının anasının idarə etdiyi avtomobildə olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Dünya manset

ABŞ-da məhkəmə “Grace 1” tankerin saxlanılmasına dair order verib

ABŞ-da məhkəmə Cəbəllütariq hökuməti tərəfindən azad edilən İrana məxsus “Grace 1” tankerinin saxlanılmasına dair order verib. XeberAl.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Kolumbiya dairə məhkəməsi ölkənin “Beynəlxalq fövqəladə iqtisadi güclər haqqında”, bank fırıldaqçılığı və pulların yuyulması, eləcə də terrorçuluqla bağlı olduğu üçün müsadirə haqqında qanunlarının […]

İdman Manşetüstü

AFFA İntizam Komitəsi “Qarabağ”la bağlı məsələyə baxacaq

“Qarabağ” klubunun bəzi üzvləri Azərbaycan Premyer Liqasında ilk turun “Keşlə” ilə səfər matçında Peşəkar Futbol Liqasının (PFL) tələbini yerinə yetirməyib. Bu barədə XeberAl.az-a PFL-in Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. O bildirib ki, Ağdam təmsilçisinin məşqçi heyəti və digər şəxslər matçda tələb olunan A buraxılış vəsiqəsini taxmayıblar: “Birinci turun açılış matçında […]

Dünya manset

Tramp bank liderlərini görüşə çağırdı – Səbəb

ABŞ Prezidenti Donald Tramp ölkənin 3 ən böyük bankının rəhbərlərinin iştirakı ilə xüsusi iclas çağırıb. XeberAl.az xəbər verir ki, bu məlumatı CNBC televiziyası öz mənbələrinə istinadən yayıb. Xüsusi iclasın keçirilməsinə səbəb ABŞ-dakı birja indekslərində avqustun 14-də qeydə alınan kəskin enişi olub. Qeyd edək ki, bundan ABŞ-ın sənaye indeksi “Dou Cons”da 3,05%, “S&P 500”də 2,74%, elektron […]