Dünya manset

Daha bir ərəb ölkəsi qarışır: İki siyasi fəal edam edildi

Bəhreyndə iki siyasi fəalın edam edilməsi ölkə daxilində olduğu kimi, beynəlxalq təşkilatların da narazılığına səbəb olub. XeberAl.az xəbər verir ki, siyasi fəallar Əli əl-Ərəb və Əhməd əl-Melal kütləvi aksiyalara rəhbərlik edərək hökumətdən islahatlar aparmasını tələb edirdilər. Onlar terrorçularla əməkdaşlıqda ittiham edilərək ölüm hökmünə məhkum edilmişlər. Məhkəmənin qərarı özünü gözlətmədən icra edilib ki, bu da ölkədə etirazlara […]

Hadisə Manşetüstü

Ucarda “sirli varlıq” peyda oldu: Kənd sakinləri təşvişdədir

Bir neçə gündür ki, Ucar rayonunun Çiyni kəndinin sakinləri arasında kənddə qulyabaninin dolaşması ilə bağlı ciddi təşviş yaranıb. Kəndlilər kəndin gah bu, gah digər tərəfində gözə dəyən həmn əcaib canlının nə olduğunu bilmirlər. Hətta “qulyabani” adını eşidib halı pisləşən, təcili tibbi yardıma müraciət edən də var. İş o yerə çatıb ki, kəndin kişiləri gündüz saatlarında […]

Dünya manset

Sevgilisi ilə bıçaqladı, sonra kəsərək pəncərədən atdı – Qayınana dəhşəti

Rusiyanın Novqorod şəhərində keçmiş kürəkənini öldürüb qasıqlarını kəsərək pəncərədən atan qadın sevgilisi ilə həbs olunub. XeberAl.az  xəbər verir ki, qatil qadının qızının telefon zəngindən sonra olay yerinə gəlib. Adı açıqlanmayan 49 yaşlı qayınana ilə keçmiş kürəkən Dmitri Boqdanov arasında mübahisə təzminat üstündə yaranıb. Qızına təzminat ödəməkdən imtina etməsindən qəzəblənən qadın 32 yaşlı Boqdanovu bıçaqlayıb. Bununla […]

manset Sosial

Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Xızı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov vəzifəsindən azad edilərək Xaçmaz RPŞ-nin rəisi təyin edilib. Digər əmrə əsasən, Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov […]

Cəmiyyət Manşetüstü

Azərbaycanın boru istehsalçısı cərimələndi

Bakı Apelyasiya Məhkəməsində “MET-AK” MMC-nin cərimə edilməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda “MET-AK” MMCnin cərimə edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 iyul 2019-cu il tarixli qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans […]

Dünya manset

Rusiya Çinin vassalına çevrilib – Xruşovun nəvəsi

Moskvadakı etirazlar Putinin populyarlığının azalmasının göstəricisidir. XeberAl.az  xəbər verir ki, bu sözlər SSRİ-nin keçmiş rəhbəri Nikita Xruşovun nəvəsi Nina Xruşovanın “Project Syndicate” saytında yayımlanan məqaləsində yer alıb. “20 il ərzində Rusiya elitasının düşmən fraksiyaları Putini öz maraqlarının, xüsusilə, maliyyə sahəsində əsas zəmanətçisi sayırdılar. Hazırda Rusiya iqtisadiyyatı sanksiyaların yaratdığı durğunluqla yüklənib, ona görə də Putin hakimiyyəti […]

Cəmiyyət Manşetüstü

MM-in payız sessiyasının ilk iclasının vaxtı müəyyənləşdi

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı müəyyənləşib. XeberAl.az-ın məlumatına görə, parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək. Milli Məclisinin Daxili Nizamnaməsində göstərilib ki, Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq parlament hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam […]

manset Siyasət

İlham Əliyev Əfqanıstan prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Əşrəf Qaniyə məktub göndərib. XeberAl.az xəbər verir ki, məktub deyilir: “Hörmətli cənab Prezident, Əfqanıstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan […]

Dünya manset

“Əsəddən icazə al…” – Moskvadan Ərdoğana şok tələb

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Suriyanın şimalında hərbi əməliyyatlara başlamaq istəyən Türkiyəyə xəbərdarlıq edib. XeberAl.az  xəbər verir ki, XİN-in mətbuat katibi Mariya Zaxarovanın yaydığı açıqlamada bu bölgənin Suriyadan qoparılması cəhdlərinin yolverilməz olduğunu bildirilib. Zaxarova Türkiyənin Suriyanın şimalında təhlükəsizlik zolağı qurmaq barədə planı haqda bunları deyib: “Suriyanın bu bölgəsinin heç bir əsasla qoparılmayacağını və bunun qəbuledilməz […]

Hadisə Manşetüstü

Bakıda avtomobil yanır – Video

Bakının Heydər Əliyev prospektində avtomobil yanır. “Hyundai Sonata” markalı avtmobilin söndürülməsi üçün yanğınsöndürmə briqadaları cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanğın hadisəsi barədə saat 14.10-da məlumat daxil olub. Yanğının qarşısı qismən alınıb və hazırda avtomobilin tam söndürülməsi üçün iş gedir. Hadisə nəıticəsində xəsarət alan yoxdur./report/