AKTUAL

Ramiz Zeynalov vəzifəsindən azad olunur yerinə Nuşirəvan Səfərov gətirilir

Yaxın günlərdə yeni daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalov vəzifəsindən azad olunacaq. Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Gununsesi.org saytı məlumat yayıb. Xəbərə görə, Ramiz Zeynalovun yerinə təyinat alacaq şəxsin kimliyi də bəlli olub. Bu şəxs Bakı Şəhər Baş Dövlət Yol polis İdarəsinin rəisi […]

AKTUAL

Putin casus “boğuşmalar”ından danışdı

Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsi tarixçəsi 5 qəpiyə də dəyməz. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. “Kəşfiyyatçılar və əks-kəşfiyyatçılar arasında baş verən bütün bu didişmələr ciddi dövlətlərarası münasibətlərə əsaslanmır. Çünki bizdə deyildiyi kimi, bu casus “boğuşması” 5 qəpiyə də dəymir. Yaxud 5 funta… Dövlətlərarası məsələlər isə milyonları, milyardları […]

Dünya

Açıq danışmalıyam, İranla müharibə… – Esper

Açıq danışmalıyam, ABŞ İranla müharibə istəmir. Ancaq bölgədəki qüvvələrimizi və maraqlarımızı qorumağa hazırıq. Axar.az xəbər verir ki, bunu Pentaqon rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı Mark Esper bildirib. Esper İranın mövqeyinin bir çox ölkələrə təsir etdiyini və bunun problem olduğunu qeyd edib: “Heç kim ABŞ-ın təmkinli davranmasını zəiflik kimi qəbul etməsin”.

Dünya

Merkel və Tramp görüşdü

G20 sammiti çərçivəsində Almaniya kansleri Angela Merkellə ABŞ Prezidenti Donald Tramp görüşüb. Axar.az xəbər verir ki, bu məlumatı Ağ Evin mətbuat xidməti yayıb. Görüş zamanı əsas müzakirə mövzusu İran, Liviya və Ukrayna olub. Tərəflər həmçinin Çinlə aparılan ticarət danışıqlarını, eləcə də dünya ticarəti üçün ədalətli standartların yaradılmasını müzakirə ediblər.

Siyasət

Rusiyada oliqarx yoxdur – Putin

Rusiyada oliqarx, eləcə də hökumətə yaxınlığından istifadə edərək üstünlüklər qazanmağa çalışan böyük şirkətlər yoxdur. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Faynənşl Tayms”a müsahibəsində deyib. “Oliqarxlar hakimiyyətə yaxınlığından istifadə edərək yüksək gəlir əldə edənlərdir. Hakimiyyətə yaxınlığından istifadə edib üstünlüklər əldə edən böyük şirkətlər tanımıram”, – o bildirib.

manset

Moskvada Azərbaycana aid tarixi sikkə tapıldı

İyunun 26-da Moskvanın İlinki rayonunda aparılan geniş abadlıq işləri çərçivəsində tapılan nümunələr arasında arxeoloqlar Azərbaycana aid sikkə aşkar ediblər. Kult.az xəbər verir ki, bu barədə “Paytaxt Arxeologiya Bürosu”nun baş direktoru Konstantin Voronin danışıb. Voroninin sözlərinə görə, bölgədən tapılan arxeoloji nümunələr burada XVII-XIX əsrlərdə qızğın ticarət aparıldığını sübut edib”. “Qarşımızda unikal sikkə dayanır. Bunlar Şirvanda – […]

Siyasət

Szinpin BRİKS ölkələrinə çağırış etdi

BRİKS ölkələri xarici təhdidlərə qarşı müqavimət imkanlarını artırmalıdırlar. Axar.az xəbər verir ki, bunu Çin lideri Si Szinpin G20 sammiti çərçivəsində BRİKS liderləriylə görüşü zamanı deyib. O, BRİKS ölkələrinin çətin vəziyyətlə qarşılaşdığını, buna görə öz dövlətlərini gücləndirmələri gərəkdiyini vurğulayıb. Çin lideri BRİKS ölkələrinin beynəlxalq aləmdə münbit şəraitin yaradılması üçün səylər sərf etməli olduğunu bildirib.

Secme Xeberler

Rusiya və Çin dollar qarşı müqavilə imzaladı

Rusiya və Çin milli valyutalarda hesablaşmalara keçidə dair hökumətlərarası saziş imzalayıb. Axar.az-ın xəbərinə görə, bu barədə “İzvestiya” nəşri yazır. Bildirilir ki, müvafiq sənədi Rusiya Maliyyə naziri Anton Siluanov və Çinin Xalq Bankının sədri Yi Qanq imzalayıb. Hazırda milli valyutalarda hesablaşmaların yeni mexanizmləri hazırlanır. Tərəflər 2020-ci ilə qədər məsələ ilə bağlı bütün işləri həll etmək niyyətindədirlər. […]

Dünya

Sülhlə savaşın kəsişməsindəyik – Szinpin

Fars körfəzi ölkələri sülh və müharibənin kəsişməsindədirlər. Axar.az xəbər verir ki, bunu Çin lideri Si Szinpin deyib. “Hazırda beynəlxalq vəziyyət həddən artıq çətin və dayanıqsızdır. Fars körfəzi regionunda situasiya xüsusilə həssasdır. Bu bölgənin dövlətləri sülhlə savaşın kəsişməsindədirlər. Çin sülhün tərəfdarıdır və müharibəyə qarşı çıxır”, – deyə o bildirib.

Dünya

Tramp yenə İranla bağlı o sözü dedi

İran ətrafında yaranan situasiya ilə bağlı heç bir tələsən yerimiz yoxdur. Axar.az xəbər verir ki, bunu Yaponiya Baş naziri Sindzo Abe ilə görüşü zamanı ABŞ Prezidenti Donald Tramp deyib. “Heç bir tələsən yerimiz yoxdur. Zamanla bağlı bizə heç bir təzyiq yoxdur. Ümid edirəm ki, sonunda istəyimizə çatacağıq. Əgər belə olsa, əladır, əgər alınmasa, siz biləcəksiniz”, […]