Hadisə Ölkə

8 mindən çox patron tapıldı – FOTOLAR

Qazax rayonunda külli miqdarda avtomat patronları tapılıb. XəbərAl.az xəbər verirki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, bu gün saat 11:07-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 11:35-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Qazax rayonu, Ağköynək kəndi ərazisində 11 ədəd patronun tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən […]

Dünya Siyasət

Ərdoğan Rusiyaya gedir….NİYƏ?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək. XəbərAl.az  xəbər verir ki, Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasında iştirak edəcək. İclas çərçivəsində ikitərəfli münasibətlər, regional məsələlər, o cümlədən Suriyadakı vəziyyət müzakirə olunacaq. Həmçinin müxtəlif razılaşmaların imzalanması planlaşdırılır. Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin həmçinin hər iki ölkənin iş adamları ilə […]

Mədəniyyət

Bakı bulvarının tarixinə aid yeni sənədlər tapılıb

Dənizkənarı Bulvar İdarəsinin Milli Arxiv İdarəsində apardığı araşdırmalar nəticəsində Bulvarın yaranma tarixi ilə bağlı yeni sənədlər əldə edilib. Bulvar İdarəsindən XəbərAl.az-a verilən məlumata görə, tarixi faktlar Bulvarın yaranma tarixinin aprelin 7-dən başladığını göstərir. Məhz 7 aprel 1909-cu ildə Bakı Şəhər İdarəsinin Tikinti şöbəsinin rəisi Məmməd Həsən Hacınski Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı […]

Ölkə

Dövlət atributlarının avtomobillərə yapışdırılmasına icazə yoxdur – DYP

Son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin yapışdırılması halları tez-tez müşahidə olunur ki, bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyət təşkil edir. XəbərAl.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yolverilməzdir. Dövlət […]

Ana Səhfə Gündəm

Bakcell Azərbaycan xalqını təbrik etdi

Bu gün Azərbaycanın on milyonuncu sakini dünyaya göz açıb. Gecə saat 03:30 radələrində Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində dünyaya göz açan körpə ölkəmizin on milyonuncu vətəndaşı adını qazanıb. XəbərAl.az xəbər verir ki, Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” bu münasibətlə Azərbaycan xalqını təbrik edir. “Bakcell” on […]

İqtisadiyyat

Kartof-soğana yeni ixrac rüsumu tətbiq edildi

Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb. XəbərAl.az-ın verdiyi xəbərə görə, aprelin 30-dək ölkədən ixrac olunması üçün kartofun 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu tətbiq ediləcək. Soğan və kələmin ixracına görə isə mayın 31-dək 1 kiloqram […]

Ölkə

Xəzərdə zəlzələ olub

Xəzərdə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən XəbərAl.az-a verilən məlumata görə, yerli vaxtla saat 12:33:50-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin dərinliyi 62 kilometr, maqnitudası 3,8 olub.  

Siyasət

Sahil Babayev görüş keçirəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev aprelin 12-də Qəbələ rayonunda Qəbələ, Şəki və Oğuz rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. XəbərAl.az xəbər verir ki, hazırda qəbula yazılma prosesi davam edir. Xatırladaq ki, qəbula yazılmaq istəyən vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi […]

Tədbirlər

Nəsimi rayon İcra Hakimiyyətində “Müasir cəmiyyətdə sağlam ailənin qorunması” mövzusunda tədbir keçirilib.

Nəsimi rayon İcra Hakimiyyətində “Müasir cəmiyyətdə sağlam ailənin qorunması” mövzusunda tədbir keçirilib. XəbərAl.az-a verilən məlumata görə, Aprel ayının 4-də Nəsimi Rayon İcra Hakimiyyəti və Nəsimi rayonu Ağbirçəklər Şurasının birgə təşkilatçılığı ilə “Müasir cəmiyyətdə sağlam ailənin qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Ulu öndər Heydər Əliyevin […]