Ölkə

Dövlət atributlarının avtomobillərə yapışdırılmasına icazə yoxdur – DYP

Sharing is caring!

Son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin yapışdırılması halları tez-tez müşahidə olunur ki, bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyət təşkil edir.

XəbərAl.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yolverilməzdir.

Dövlət atributlarının yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür:

“Dövlət atributlarına hörmətlə yanaşma hər bir Azərbaycan vətəndaşının borcudur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir