Təhsil

Məktəblər yenidən distant təhsilə keçdi

“Formula-1” Qran Prisi ilə əlaqədar nəqliyyatın hərəkəti dayanan ərazilərdəki məktəblər distant təhsilə keçib. Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, həmin məktəblər bu gündən distant tədrisə keçib: “Distant tədris iyunun 8-dək davam edəcək”. XəbərAl.az

Təhsil

Abituriyentlərdən COVID-19 pasportu tələb olunmayacaq — RƏSMİ

“COVID-19 pasportu sadəcə nəzarətçi müəllimlərdən tələb oluna bilər. Bunu nəzərdən keçirə bilərik. Çünki onlar kənardan gələn şəxslərdir. Bizim işçilərin hamısı peyvənd olunub. İşçilərimizdən 68 nəfər koronavirusdan sağalıb, bir əməkdaşımız isə vəfat edib”. XəbərAl.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə çıxışı zamanı deyib. O qeyd edib ki, […]

Təhsil

Lisey və gimnaziyalara qəbul üçün yeniliklər açıqlandı

“Bu il lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib”. XəbərAl.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev deyib. Sektor müdiri qeyd edib ki, şagirdlər lisey üçün yox, imtahan üçün qeydiyyatdan keçəcəklər: “İmtahanda müvafiq bala uyğun olaraq lisey və gimnaziya seçə biləcəklər. Bu zaman […]

Təhsil

Bu gün IX və XI sinif şagirdləri “Azərbaycan dili” fənnindən imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanı keçirəcək. XəbərAl.az xəbər verir ki, imtahan ümumilikdə 21 şəhər və rayonda, 88 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın […]

Təhsil

Həssas qrupdan olan tələbələrin nəzərinə

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu bu gündən aktivləşdirir. Nazirlikdən verilən məlumata görə, 2020-2021-ci tədris ilinin payız (yarımili) semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin […]

Təhsil

Nadir İsrafilov – Təhsil işçiləri üçün stolüstü kitaba çevrilə biləcək yeni vəsait çap olundu

Təqdirəlayiq haldır ki, son illər məktəb rəhbərlərinə, müəllimlərə kömək və dəstək məqsədilə müxtəlif layihələr həyata keçirilir, Müsabiqələr, təlimlər, seminarlar, vebinarlar, təşkil olunur, beynəlxalq təcrübəni əks etdirən müxtəlif tematik kitablar tərcümə olunaraq pedaqoji ictimaiyyətin ixtiyarına verilir. Belə kitablrdan biri də “Zəka Print Yayımları” tərəfindən tərcümə edilərək, nəşr olunan, məktəb rəhbərləri üçün dəyərli mənbə, stolüstü kitaba çevrilə biləcək […]

Təhsil

Bakıda I sinfə qəbulla bağlı 43 mindən çox müraciət daxil olub

Paytaxt məktəblərinin birinci sinfinə 43 mindən artıq uşaq üçün elektron sistem (http://www.mektebeqebul.edu.az) vasitəsilə müraciət edilib.  Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) fəaliyyət göstərir. Qeyd edək ki, […]

Təhsil

Yaz imtahan sessiyası distant formada keçiriləcək

Təhsil naziri Emin Əmrullayev imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. “XəbərAl.az” xəbər verir ki, əmrə əsasən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası distant (məsafədən) formada keçiriləcək. Əmrdə bildirilir ki, müəyyən fənlər üzrə imtahanlar əyani formada keçirildiyi təqdirdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən […]

Təhsil

Müəllimlərin nəzərinə!

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi bu gün başa çatır. XəbərAl.az xəbər verir ki, nazirliyin məlumatına görə, 5 mayda elektron sənəd qəbuluna başlanılan müsabiqənin bu gün sonuncu günüdür.