Təhsil

Nadir İsrafilov – Təhsil işçiləri üçün stolüstü kitaba çevrilə biləcək yeni vəsait çap olundu

Sharing is caring!

Təqdirəlayiq haldır ki, son illər məktəb rəhbərlərinə, müəllimlərə kömək və dəstək məqsədilə müxtəlif layihələr həyata keçirilir, Müsabiqələr, təlimlər, seminarlar, vebinarlar, təşkil olunur, beynəlxalq təcrübəni əks etdirən müxtəlif tematik kitablar tərcümə olunaraq pedaqoji ictimaiyyətin ixtiyarına verilir. Belə kitablrdan biri də “Zəka Print Yayımları” tərəfindən tərcümə edilərək, nəşr olunan, məktəb rəhbərləri üçün dəyərli mənbə, stolüstü kitaba çevrilə biləcək “Pedaqoji Şura məktəbin iş sistemində” vəsaitidir.Məlumdur ki, Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnaməyə əsasən Pedaqoji Şura ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı hesab olunur,  kollektivin hər bir üzvünü müəssisənin idarəolunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə edib kollegial qərarlar qəbul etmək məqsədilə yaradılır.  Pedaqoji Şuranın illik fəaliyyət planı şuranın ilk iclasında müzakirə olunduqdan sonra müəssisənin illik ümumi Fəaliyyət planının tərkibində təsdiq edilir.  Dərs ili ərzində müəssisədə keçirilən Pedaqoji Şura iclaslarının sayına məhdudiyyət qoyulmur. Şura iclaslarının keçirilməsi zərurəti müzakirəyə çıxarılan aktual məsələlərdən, pedaqoji kollektivin üzvlərinin, habelə özünüidarə orqanlarının təkliflərindən, qaldırılan məsələlərdən asılı olaraq müəssisənin direktoru tərəfindən müəyyən edilir və onun müvafiq əmrləri ilə rəsmiləşdirilir. 

Ümumi təhsil məktəblərinin ali idarəetmə orqanı olan Pedaqoji Şuranın işinin təşkili və sənədləşdirilməsi ilə bağlı ölkəmizdə kifayət qədər lazımi vəsaitin olmaması, bir çox hallarda bu istiqamətdə, xüsusilə yeni fəaliyyətə başlayan məktəb rəhbərləri üçün müəyyən əlavə çətinliklər yaradır. Bu ehtiyacı nəzərə alaraq “Təhsil və İdarəedici ” layihəsi çərçivəsində 2-ci kitab olaraq Rusiya Fede-rasiyasında çap olunmuş , Yelena Voroninanın ” Pedaqoji Şura məktəbin iş sistemində” vəsaitinin tərcümə edilərək nəşr olunması təhsil müəssisəsi rəhbərləri üçün son dərəcə  faydalı ola bilər.  

  Nadir İsrafilov - Təhsil işçiləri üçün stolüstü kitaba çevrilə biləcək yeni vəsait çap olundu.

Kitabda Pedaqoji Şuranın hazırlanması, keçirilməsi və sənədləşdirilməsi ilə bağlı təcrübələr və real təhlilər öz əksini tapmışdır. Kitabın məktəb direktorları, pedaqoji istiqamətdə təhsil alan tələbələr, elmi-pedaqoji sahədə təhsil alan magist və doktorantlar üçün, eləcə də məktəbşünaslığı daha ətraflı öyrənmək istəyən müəllimlər üçün maraqlı və lazımlı bir vəsait olacağına ümid edir, bundan sonra da ümumi təhsil müəssənin idarə edilməsi ilə bağlı yeni-yeni vəsaitlər hazırlanacağına əminlik bildirirəm. 

  Nadir İsrafilov - Təhsil işçiləri üçün stolüstü kitaba çevrilə biləcək yeni vəsait çap olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir