Tədbirlər

“Qarabağ Azərbaycandır!” beynəlxalq rəsm müsabiqəsinə yekun vuruldu – FOTO

Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 18 noyabr-29 dekabr 2020-ci il tarixlərində keçirilən “Qarabağ Azərbaycandır!” adlı onlayn beynəlxalq rəsm müsabiqəsi başa çatıb. Nazirlikdən bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq və hərbi-vətənpərvərlik ruhunu […]

Tədbirlər

Bu il paytaxt məktəbliləri idman sahəsində neçə medal qazanıb?

Bu il ərzində paytaxt məktəblilərinin idman sahəsində qazandığı medallar açıqlanıb.  Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı hesabatda bildirilib. 2020-ci il ərzində Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar.  Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 246 qızıl, 194 gümüş, 215 bürünc olmaqla, ümumilikdə 655 medal qazanıblar.

Tədbirlər

“Qəhrəmanını tanı” devizi altında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Təhsil Nazirliyinin “Peşə təmayüllü siniflərin təşkili” layihəsi çərçivəsində “Qəhrəmanını tanı” devizi altında onlayn şəkildə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, oyunun keçirilməsində məqsəd gənclərə vətənpərvərlik hissinin və vətəndaşlıq mövqeyinin aşılanması, tariximizə, milli-mənəvi dəyərlərə hörmət hissinin təbliği, torpaqlarımızın azadlığı uğrunda igidlik nümunəsi göstərmiş qəhrəmanlarımızın tanıdılması, şagirdlərdə intellektual […]

Tədbirlər

“Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsi elan edilib

Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun birgə təşəbbüsü ilə Vətənimizin Qarabağ Zəfərinə həsr olunan rəsm müsabiqəsi elan edilib. Rəsm müsabiqəsinin əsas məqsədi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan şanlı Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə görmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirməkdir. Müsabiqə hər iki […]

Tədbirlər

Azərbaycanlı şagirdlər beynəlxalq tədbirdə qalib oldu

Azərbaycanlı şagirdlər “Microsoft” tərəfindən keçirilən “Imagine Cup Junior” virtual süni intellekt hakatonunda qalib seçiliblər. Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb. 28-29 noyabr tarixlərində “Microsoft” şirkəti tərəfindən həyata keçirilən tədbirdə Yunanıstan, Xorvatiya, Bolqarıstan, Rumıniya və Rusiyadan olan şagirdlər iştirak ediblər. Ölkəmizi tədbirdə Bakı şəhəri 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədovanın rəhbərliyi ilə beş nəfərlik komanda […]

Tədbirlər

Təhsilə dəstək yönümlü layihəyə yekun vurulub

BP və tərəfdaşlarının təhsilə dəstək yönümlü “Ümumtəhsil müəssisələrində informatika təmayüllü siniflərin təşkili” layihəsinə yekun vurulub. “BP Azərbaycan”dan verilən məlumata əsasən, üçillik layihə BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları SOCAR, TPAO, PETRONAS, “Chevron”, LUKOIL, NICO, “Equinor”, INPEX, “ExxonMobil”, SGC, ITOCHU, ONGC, TOTAL, “Eni” tərəfindən həyata keçirilib. Layihə ilə Azərbaycanda […]

Tədbirlər

Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubiley tədbiri keçirildi – FOTO

Dekabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində İtaliyanın Sartirano yarmarkasından satın alınaraq Vətənə gətirilən xalçaların təqdimatı və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 40 illik yubileyinə həsr olunan tədbir keçirilib. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbiri giriş sözü ilə mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov açaraq Qarabağın düşmən işğalından azad edilməsi və […]

Tədbirlər

Azərbaycanda “İnnovasiya həftəsi” keçiriləcək – FOTO

Azərbaycanda üçüncü “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata əsasən, “İnnovasiya həftəsi” 14-19 dekabr tarixlərində baş tutacaq. Nazirliyin təşəbbüsü ilə baş tutacaq layihə, ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Əsas məqsəd innovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənclərin innovasiya sahəsinə marağının […]

Tədbirlər

“Azərkosmos” kosmik sahəyə marağı olanları müsabiqəyə dəvət edir – FOTO

“Azərkosmos” kosmik sahə marağı olan şəxsləri “IAC 2021” və “GLEX 2021” elm müsabiqələrinə iştirak etməyə dəvət edir. “Azərkosmos” ASC-dən verilən məlumata görə, bu müsabiqələr iştirakçılara elmi işləri və ya məqalənizin 2021-ci il Dubay şəhərində keçiriləcək 72-ci Beynəlxalq Astronavtika Konqresində (IAC 2021) və Sankt-Peterburq şəhərində baş tutacaq “Qlobal Kosmik Tədqiqat Konfransı”nda (GLEX 2021) təqdim etmək fürsəti verir. “Azərkosmos” […]

Tədbirlər

“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi

“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı onlayn respublika müsabiqəsinə müraciətlərin qəbulu davam edir. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd musiqi tariximizdə öz qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, qədim və müasir el havalarının öyrənilməsi və qorunması, Qarabağ aşıq sənətinin dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq […]