Tədbirlər

“Nizami Gəncəvi əsərləri təsviri sənətdə” respublika baxış-müsabiqəsinə başlanılıb

Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsinə start verilib. Müsabiqə martın 18-dək davam edəcək. Nazirlikdən bildirilib ki, müsabiqənin məqsədi uşaq və gəncləri dahi şairin zəngin irsi ilə daha yaxından tanış etmək, təhsilalanların təsviri-tətbiqi sənət növləri vasitəsilə yaradıcılıq qabiliyyətləri və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir. […]

Tədbirlər

Fənn olimpiyadalarının hansı formada keçiriləcəyi məlum oldu

“Fənn olimpiyadalarının ənənəvi qaydada və sıxlıqlara nəzarət etməklə keçirilməsi nəzərdə tutulur”. XəbərAl.az xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib. O bildirib ki, fevral ayının sonu və mart ayının əvvəlindən bunu etmək mümkün olacaq.

Tədbirlər

Bakıdakı yarış ləğv olundu, Lissabondakı turnir təxirə salındı – RƏSMİ

Ümumdünya Karate Federasiyası (WKF) martda Bakıda keçirilməli olan karate üzrə Premyer Liqa turnirinin ləğv olunduğunu açıqlayıb. XəbərAl.az xəbər verir ki, WKF bundan başqa, 19-21 fevralda Portuqaliyanın paytaxtı Lissabonda keçirilməli olan ilin ilk Premyer Liqa yarışının təxirə salındığını açıqlayıb. Buna səbəb Portuqaliyada koronovirusun tüğyan etməsidir. Ləğv edilən yarış 30 aprel – 2 may tarixlərinə keçirilib. 12-14 martda Bakıda […]

Tədbirlər

ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb

ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) 20 Yanvar faciəsinin 31-cu ildönümünə həsr olunmuş məktub kampaniyasına başlayıb. Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilir ki, məktubda Qara Yanvar faciəsinin səbəbləri, Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin xalqımıza qarşı insanlığa zidd hərbi cinayət törətməsi, Bakı faciəsinin Budapeşt (1956) və Praqa (1968) hadisələrini xatırlatdığı barədə ətraflı […]

Tədbirlər

Canlı Organik Virtual İnkişaf Dalğası(COVİD) layihəsinə start verilib

Hər kəsə məlum olduğu kimi, karantin müddəti və karantin sonrası dövrdə insanların psixoloji sağlamlığının qorunması ən vacib amilərdən biridir. Bu amili nəzərə alaraq, pandemiya dövründə gənclərin psixoloji sağlamlığına, düşüncəsinə, şəxsi inkişafına dəstək göstərmək, həmçinin Azərbaycan dilində psixoloji podkast platformasının yaradılması və inkişaf etdirilməsi məqsədilə ASAN Könüllülük Məktəbinin təşəbbüs və təşkilatçılığı, “Loqos” Psixoloji və Nitq İnkişaf […]

Tədbirlər

“Qarabağ Azərbaycandır!” müsabiqəsinə start verildi

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Qarabağ Azərbaycandır!” devizi ilə ssenari müsabiqəsi elan edib. İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev  bildirib ki, müsabiqənin məqsədi təqdim olunan ssenarilərdə Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq mübarizəsini, gənclərimizin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən ideoloji-siyasi tədbirlərin səmərəliliyinin artırılması, arxa cəbhədə çalışan, Ordumuzun qarşısında duran […]

Tədbirlər

“Qarabağ Azərbaycandır!” beynəlxalq rəsm müsabiqəsinə yekun vuruldu – FOTO

Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 18 noyabr-29 dekabr 2020-ci il tarixlərində keçirilən “Qarabağ Azərbaycandır!” adlı onlayn beynəlxalq rəsm müsabiqəsi başa çatıb. Nazirlikdən bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq və hərbi-vətənpərvərlik ruhunu […]

Tədbirlər

Bu il paytaxt məktəbliləri idman sahəsində neçə medal qazanıb?

Bu il ərzində paytaxt məktəblilərinin idman sahəsində qazandığı medallar açıqlanıb.  Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı hesabatda bildirilib. 2020-ci il ərzində Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar.  Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 246 qızıl, 194 gümüş, 215 bürünc olmaqla, ümumilikdə 655 medal qazanıblar.

Tədbirlər

“Qəhrəmanını tanı” devizi altında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Təhsil Nazirliyinin “Peşə təmayüllü siniflərin təşkili” layihəsi çərçivəsində “Qəhrəmanını tanı” devizi altında onlayn şəkildə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, oyunun keçirilməsində məqsəd gənclərə vətənpərvərlik hissinin və vətəndaşlıq mövqeyinin aşılanması, tariximizə, milli-mənəvi dəyərlərə hörmət hissinin təbliği, torpaqlarımızın azadlığı uğrunda igidlik nümunəsi göstərmiş qəhrəmanlarımızın tanıdılması, şagirdlərdə intellektual […]

Tədbirlər

“Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsi elan edilib

Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun birgə təşəbbüsü ilə Vətənimizin Qarabağ Zəfərinə həsr olunan rəsm müsabiqəsi elan edilib. Rəsm müsabiqəsinin əsas məqsədi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan şanlı Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə görmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirməkdir. Müsabiqə hər iki […]