Sosial

Avtobuslarda gedişhaqqı bahalaşacaq? – Rəsmi açıqlama

“Məhdudiyyətin aradan qaldırılması bütünlüklə tətbiq olunduğu üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara ötən ilin mart ayından məhdudlaşdırmaya qədər hansı relslər mövcud idisə, hamısı bərpa olunur. Regionlardan Bakıya və regionlarası reyslər də hamısı bərpa edilir”.  XəbərAl.az xəbər verir ki, bunu BAKU.WS-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.  O əlavə edib ki, gediş-gəliş […]

Sosial

Prezidentin köməkçisi COVİD-19 pasportunu paylaşdı – FOTO

Prezidentin köməkçisi Şahmar Mövsümov şəxsi COVID-19 pasportunun fotosunu paylaşıb.   Ş. Mövsümov şəklə bu şərhi verib: “Pandemiyaya qalib gəlməyin və normal həyata mümkün qədər tez qayıtmağın yeganə yolu peyvənddir!”  Qeyd edək ki, bu gün Operativ Qərargahın brifinqində açıqlanan məlumata əsasən, COVİD pasportu olan şəxslər idman-sağlamlıq mərkəzlərindən istifadə edə biləcəklər. COVİD pasportu iki sertifikatdan ibarətdir. Birincisi, peyvəndləşmə […]

Sosial

Həftə sonları avtobusla yanaşı metro da işləməyəcək

Şənbə-bazar günləri ictimai nəqliyyatla bağlı qadağa qüvvədədir. “XəbərAl.az” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında  Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib. Ş. Mövsümov deyib ki, növbəti yumşaldılmalar zamanı bu məsələyə baxıla bilər. Prezidentin köməkçisi həmçinin deyib ki, 31 maydan “Bakı Metropoliteni”nin fəaliyyəti əvvəlki qaydada – səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq: “Şənbə-bazar ictimai nəqliyyata qoyulan […]

Sosial

Operativ Qərargah toylarla bağlı qərarını açıqladı

“COVID pasportu, yəni sertifikatlardan birinin olması ilə idman sağlamlıq obyektlərinə girişə imkan veriləcək. İlkin olaraq bu pasportların tətbiqi yalnız idman sağlamlıq mərkəzinə girişə tətbiq ediləcək”. XəbərAl.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib. “Amma […]

Sosial

Açıq havada maskanın taxılması tələbi ləğv olunur

Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur. XəbərAl.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib. Onun sözlərinə görə, eyni zamanda metro açılır.

Sosial

Operativ Qərargahın brifinqi keçirilir — CANLI YAYIM

Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçirilir. XəbərAl.az xəbər verir ki, brifinqdə ölkədəki karantin rejimi ilə bağlı yeni qərarlar müzakirə edilir. Brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva iştirak edirlər.

Sosial

“Yaxın vaxtlarda ölkəmizdə pandemiyanın bitməsini gözləyə bilərik“ – TƏBİB rəsmisi

“Biz əvvəllər də demişdik, pandemiyanın bitməsi üçün əhalinin təqribən 2/3 hissəsinin immunitet qazanması lazımdır. Bu təqribən 70-75 faiz edir. Onda pandemiya təhlükəsi sovuşa bilər“.  “XəbərAl.az” xəbər verir ki, bunu Real TV-yə açıqlamasında TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib. A.Qurbanov bildirib ki, hazırda bütün vaksinasiya olunanların sayı 1.7 milyondan […]

Sosial

Polad Həşimovun şəxsi əşyaları muzeyə verildi — FOTOLAR

Şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib. XəbərAl.az xəbər verir ki, bu barədə Muzey məlumat yayıb. Əşyalar Polad Həşimovun həyat yoldaşı və oğlu tərəfindən muzeyə təqdim edilib. Bunlar şəhidin istifadə etdiyi hərbi geyim – səhra geyim formasından ibarətdir. Formanın üzərində general-mayor Polad Həşimovun adı və soyadı həkk olunub. […]