Sosial

Polad Həşimovun şəxsi əşyaları muzeyə verildi — FOTOLAR

Şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib. XəbərAl.az xəbər verir ki, bu barədə Muzey məlumat yayıb. Əşyalar Polad Həşimovun həyat yoldaşı və oğlu tərəfindən muzeyə təqdim edilib. Bunlar şəhidin istifadə etdiyi hərbi geyim – səhra geyim formasından ibarətdir. Formanın üzərində general-mayor Polad Həşimovun adı və soyadı həkk olunub. […]

Sosial

Prezident Tahir Salahovun vəfatı ilə bağlı nekroloq imzaladı

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycan Respublikasının Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tahir Teymur oğlu Salahov 2021-ci il mayın 21-də ömrünün 93-cü ilində vəfat […]

Sosial

Teymur Musayev: “Ölkədə əhalinin sağlamlığı prioritetdir”

“20 ilə yaxın müddətdə ölkədə səhiyyə müəssisələrinin maddi-texniki bazası əsaslı surətdə yenilənib”. XəbərAl.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev deyib. O bildirib ki, səhiyyə müəssisələri üçün yeni binalar ucaldılıb, həmçinin kadr potensialı gücləndirili: “Ümumilikdə ölkədə əhalinin sağlamlığı prioritetdir”.

Sosial

Dövlət başçısı: “Azərbaycan COVID-ə qarşı vaksinlərin ədalətli və bərabər bölünməsini dəstəkləyib”

Dünyada BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv olan dövlətlər Azərbaycanın bu quruma sədrliyini dəstəkləyiblər. Bu qurumun sədri kimi Azərbaycan COVID-lə mübarizəyə həsr olunmuş xüsusi sessiyanın təşkil edilməsi təşəbbüsünü irəli sürüb və bu sessiya keçirilib. XəbərAl.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf […]

Sosial

Yaxın günlərdə açıq havada maska qadağası ləğv oluna bilər – TƏBİB

“Açıq havada maskadan istifadə qadağası ləğv oluna bilər”. “XəbərAl.az” xəbər verir ki, bu barədə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AzTV-də “Günə birlikdə başlayaq” verilişində bildirib. O qeyd edib ki, hazırda bu məsələyə baxılır və bununla bağlı qərarlar elan olunacaq. Verilişdə, həmçinin qeyd olunub ki, ictimai nəqliyyatın da yavaş-yavaş bərpa olunması gözlənilir. Bununla bağlı rəsmi qərarları […]

Sosial

Bu gündən “Sputnik V” vaksininin tətbiqinə başlanıldı

“Bu gündən Azərbaycanda “Sputnik V” vaksininin tətbiqinə başlanılır. Vaksin 18 yaşdan yuxarı şəxslərə əks göstərişlər olmadıqda vurulur”.  “XəbərAl.az” xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzinin rəhbəri Asiman Həsənov bildirib. Onun sözlərinə görə, bu peyvəndlə bağlı xüsusi zonalar ayrılıb. İlkin mərhələdə vətəndaşlar qeydiyyata alınır. Onların son 6 ayda “COVID-19” infeksiyasına yoluxub-yoluxmadığı araşdırılır və ondan sonra […]

Sosial

“8 Noyabr” stansiyasında Xudayarın ifası səslənəcək? — RƏSMİ AÇIQLAMA

Sosial şəbəkədə Bakı Metropoliteninin hələ istifadəyə verilməyən “8 Noyabr” stansiyasında Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” ifası ilə bağlı səs yazısı yayılıb. İddia olunur ki, yeni stansiyaya girişdə bu musiqidən istifadə olunacaq. XəbərAl.az-ın xəbərinə görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, yayılan səs yazısı montajdır: “Əziz şəhidimizin səsi və […]

Sosial

Aİ Qarabağ münaqişəsindən əziyyət çəkənlərə 17 milyon avro ayırdı

Avropa İttifaqı Qarabağ və ətrafında gedən genişmiqyaslı hərbi əməliyyatlardan zərər çəkənlərə ayırdığı humanitar yardımın məbləğini 17 milyon avroya çatdırıb. “XəbərAl.az” xəbər verir ki, humanitar yardımın məqsədi Cənubi Qafqazda dayanıqlı sülh və quruculuğun təmin olunmasına kömək etməkdir. Aİ-nin Böhranların İdarəedilməsi üzrə Komissarı Canez Lenarcic bildirib ki, koronavirusun yayılması münaqişənin təsirini daha da artırıb: “Bölgədəki humanitar vəziyyət […]