Siyasət

Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı – TƏHLİL + FOTO

Gürcüstanda 2003-cü il “qızılgül inqilabı”nın nailiyyətləri iflasla üz-üzədir. Bu uğurların əldə saxlanılması üçün qərbyönlülərlə Rusiya tərəfdarlarının mübarizəsi davam edir. Bu qarşıdurma hələ ki “Xarici agentlər”, yaxud “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu ehtimalı ətrafında meydana çıxır. Qərb bloku rəsmi Tbilisini bu sənədi qəbula görə tənqid edib. Halbuki “Xarici agent haqqında” qanun 1938-ci ildə ABŞ-də qəbul […]

Siyasət

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Prezident İlham Əliyev ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.  Bununla bağlı President.az məlumat yayıb.  Fərmana əsasən, dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələrinə daxil olan sektorlar üzrə strateji planların, habelə bu planlar əsasında […]

Siyasət

Azərbaycanda bəzi kateqoriyadan olan qadınlar daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.  Dəyişikliyə əsasən, yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. Xeberal.az

Siyasət

Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq

Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq. Bu barədə Avropa Komissiyasının Mətbuat Xidməti məlumat yayıb. Mayın 6-da Parisdə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Fransa Prezidenti Emmanuel Makron və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə üçtərəfli görüş baş tutacaq. Qeyd edək ki, Ukrayna, Çin və Qərb ölkələri arasında ticarət və […]

Siyasət

Sərhədçilərimiz 3751 metr hündürlükdə – FOTO/VİDEO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycanın memarı və qurucusu, Milli Sərhəd Strategiyasının banisi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramı olaraq Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil ediblər. Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş […]

Siyasət

Agentlik sədrindən əcnəbi jurnalistlərə ÇAĞIRIŞ

“İqlim dəyişikliyi, yaşıl enerjiyə keçid, ətraf mühitin mühafizəsi və bərpa olunan enerji mənbələri son vaxtlar ən çox müzakirə olunan mövzular arasındadır. Biz görürük ki, dünya mediası göstərilən məsələlərə necə böyük diqqət yetirir, mətbuatda bu mövzunun işıqlandırılması ilə bağlı müzakirələr aparılır”. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar […]

Siyasət

Prezidentin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır – RƏY + FOTO

Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır. Bununla bağlı ”Report”a Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov deyib. O xatırladıb ki, Prezident İlham Əliyev bu ilin noyabr ayında ölkəmizdə təşkil olunması nəzərdə tutulan COP29-a hazırlıq çərçivəsində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində […]

Siyasət

Okampo Azərbaycana qarşı: Göyə sovrulan pullar – VİDEO

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru, dünya erməni birliyinin imkanlarını uğurla mənimsəyən Luis Moreno Okampo növbəti dəfə azərbaycanofob təxribat təşkil etmək üçün öz xidmətlərini təklif edib. Bu barədə “Caliber”in “YouTube” kanalında dərc olunan yeni süjetdə bildirilir. “Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-26-da Almaniyada işgüzar səfərdə olub. Aprelin 26-da Almaniya kansleri Olaf Şolts Azərbaycan […]

Siyasət

Xankəndini ermənilərdən, Lənkəranı separatçılardan təmizləyən irəvanlı general – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Oxu.Az xəbər verir ki, budəfəki veriliş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Milli Ordusunun ilk Baş Qərargah rəisi, general-mayor Həbib bəy Səlimova həsr olunub. Bildirilir ki, Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvan şəhərində anadan olub. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alıb. 1900-cü il avqust ayının 12-də orduya könüllü […]

Siyasət

Hikmət Hacıyev: “Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir” – FOTO

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir”. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb. H.Hacıyev xatırladıb ki, bu gün daha bir mina partlayışı baş verib və ANAMA-nın minatəmizləmə əməliyyatçısı ağır yaralanıb. Almost on […]